Sumqayıt şəhərində də ümumxalq səsverməsi yüksək seçici fəallığı şəraitində baş tutub
27.09.2016 [10:23]
Dünən Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçirilib. Seçici fəallığının müşahidə olunduğu referendumda Azərbaycan seçiciləri ölkə Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklərə öz münasibətini bildiriblər.
Bu gün ölkəmizdə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur və hər bir vətəndaş öz azad səsvermə hüququndan aktiv formada istifadə edir. Referendumu izlədiyimiz Sumqayıt şəhərində də ümumxalq səsverməsi azad, demokratik və şəffaf keçib. Xatırladaq ki, Sumqayıt şəhərində 4 Seçki Dairəsi mövcuddur.
Seçkiləri müşahidə etdiyimiz 43 saylı Sumqayıt üçüncü Seçki Dairəsində seçici aktivliyi xüsusilə yüksək olub. Dairənin 2 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Maya Abdulova bildirib ki, seçici fəallığı olduqca yüksəkdir. Məntəqədə müşahidə aparan müşahidəçilər də seçkinin gedişatından razılıqlarını bildiriblər. Həmin dairənin 3 saylı MnSK sədri Fikrət Qasımov da bildirib ki, referendum yüksək səviyyədə keçir, seçicilər azad şəkildə gəlib öz mövqelərini bildirirlər.
43 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 6 saylı MnSK-nın sədri Tərlanə Nağıyeva bildirib ki, insanların azad və demokratik şəkildə məntəqəyə gəlib səs verməsi üçün hər cür şərait yaradılıb. Həmin məntəqədə seçkini müşahidə edən müşahidəçilər Mirzəhüseyn Məmmədov, Hatəm Rüstəmov referendumun demokratik şəraitdə keçirildiyini bildiriblər. Qeyd edək ki, həmin seçki məntəqələrində “exit-poll” həyata keçirilib.
41 saylı Sumqayıt birinci Seçki Dairəsinin 1 və 2 saylı seçki məntəqələrində də aktivlik nümayiş olunub. 1 saylı MnSK-nın sədri Mehdi Ağayev qeyd edib ki, seçicilərin azad şəkildə səs verməsi üçün məntəqədə yüksək səviyyədə şərait yaradılıb. Referendumun gedişini izləyən yerli müşahidəçilər - Şöhrət Səlami, Vəkil Seyidov, Həsən Məmmədov da prosesin demokratik normalara cavab verdiyini vurğulayıblar.
41 saylı Sumqayıt Birinci Seçki Dairəsinin 5 saylı MnSK-nın sədri Sədaqət Həmidova da seçici aktivliyini xüsusi qeyd edib. Referendumu izləyən yerli müşahidəçilər prosesin tam demokratik və ədalətli keçirildiyini vurğulayıblar. Qeyd edək ki, həmin seçki məntəqəsində beynəlxalq müşahidəçilər - Avropa Seçki Müşahidə İnstitutunun nümayəndələri Dainis Turlais və Paulina Haijanen, eləcə də MDB Parlamentlərarası Assambleyanın seçki müşahidə missiyasının üzvləri Serik Bektürqanov və Bahram Abdulayimov referendumun gedişini izləyiblər.
Referendumda iştirak edən seçicilər də yaradılan şəraitdən razılıqlarını bldiriblər. Seçici Zakir Əliyev bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyir: “Azərbaycan dövlətinin daha da firavan gələcəyini istəyiriksə, bu gün səsverməyə çıxarılan məsələlərə “HƏ” deməliyik”.
Seçici Seymur Mərdəliyev qeyd edib ki, referendum hər bir xalqın gələcəyini təyin etmək üçün verdiyi qərardır: “İnanıram ki, xalqımız dövlətimizi daha böyük uğurlara daşıyacaq dəyişikliklərə səs verəcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

