Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Laçınlı seçicilər respublikanın 58 rayonunda səsvermə hüquqlarından istifadə ediblər

Laçınlı seçicilər respublikanın 58 rayonunda səsvermə hüquqlarından istifadə ediblər

27.09.2016 [10:30]

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı il tarixində keçirilən ümumxalq səsverməsi (referendum) 121 saylı Laçın Seçki Dairəsi üzrə də böyük uğurla yekunlaşıb. Qeyd edək ki, düşmən işğalına məruz qalan Laçın rayonunun 45956 nəfər seçicisinin səs verməsi məqsədilə 102 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr respublikanın 58 rayonunun ərazisində yerləşir. Referendum günü artıq səhər saat 8:00 radələrindən etibarən seçicilər yüksək əhval-ruhiyyə ilə məntəqələrə axışıblar və sərbəst şəkildə referenduma çıxarılan əlavə və dəyişikliklərə öz münasibətlərini bildiriblər.
Dairə Seçki Komissiyasından verilən məlumatda bütün məntəqələrdə seçicilərin yüksək fəallığının müşahidə edildiyi vurğulanıb. Məntəqələrə gələn seçicilər Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri ətraflı öyrəndiklərini və sərbəst şəkildə öz iradələrini ifadə etdiklərini bildiriblər.
Dairə üzrə təşkil olunan məntəqələrdə səsvermənin gedişini izləyən müşahidəçilərin tərkibi də müxtəlif olub. Həm müxtəlif siyasi partiyaların təmsilçiləri, həm də bitərəf müşahidəçilər səsvermənin gedişini izləyiblər. Müşahidəçilərin sözlərinə görə, məntəqələrdə heç bir qanun pozuntusu aşkar edilməyib.
M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 719 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31