Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Tərtərlilər öz iradələrini sərbəst şəkildə ifadə ediblər

Tərtərlilər öz iradələrini sərbəst şəkildə ifadə ediblər

27.09.2016 [10:35]

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar 26 sentyabr 2016-cı il tarixində keçirilən ümumxalq səsverməsi (referendum) Tərtər rayonunda seçicilərin yüksək fəallığı şəraitində baş tutub. Rayon ərazisində referendum üzrə səsvermə 95 saylı Tərtər və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələrində həyata keçirilib.
Rayondakı 95 saylı Seçki Dairəsinin əhatə etdiyi ərazidə 38 seçki məntəqəsi fəaliyyət göstərib. Bütün məntəqələr əvvəlcədən lazımi texniki vasitələrlə təchiz olunub. Dünən gün ərzində yüksək seçici fəallığı müşahidə edilib.
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələri üzrə Tərtər rayonunda 3 seçki məntəqəsi fəaliyyət göstərib. Bəhs olunan məntəqələrdə də seçicilər yaradılan şəraitdən razılıqlarını bildiriblər. Ayrı-ayrı siyasi partiyaların təmsilçiləri, həmçinin bitərəf müşahidəçilər məntəqələrdə səsvermənin gedişini izləyiblər. Onlar bütövlükdə səsvermənin şəffaf keçdiyini, hər hansı qanun pozuntusu müşahidə etmədiklərini bildiriblər.

Paylaş:
Baxılıb: 465 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31