Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yasamal rayonunda ümumxalq səsverməsi şəffaf şəraitdə baş tutub

Yasamal rayonunda ümumxalq səsverməsi şəffaf şəraitdə baş tutub

27.09.2016 [11:19]

Ölkə Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) respublikanın hər yerində olduğu kimi, paytaxtın Yasamal rayonunda da seçicilərin yüksək fəallığı şəraitində keçib. Rayon ərazisində seçicilər 15 saylı Yasamal 1-ci, 16 saylı Yasamal 2-ci, 17 saylı Yasamal 3-cü və 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairələrində öz iradələrini ifadə edərək səsvermədə iştirak ediblər.
Referendum günü 15 saylı Yasamal 1-ci Seçki Dairəsində 31 seçki məntəqəsi fəaliyyət göstərib. Dairə üzrə seçicilərin sayı 44523 nəfərdir. Dairə seçki komissiyasından bütün məntəqələrdə referenduma ciddi hazırlıq işləri görüldüyü bildirilib. Buna müvafiq olaraq referendum günü seçicilərin öz iradələrini sərbəst ifadə etmələrində heç bir çətinlik yaşanmayıb. Bütün məntəqələrdə səsvermə seçicilərin yüksək fəallığı şəraitində keçib.
16 saylı Yasamal 2-ci Seçki Dairəsi üzrə 29 məntəqə təşkil olunub. Bütövlükdə dairə üzrə 38399 seçici qeydə alınıb. Dairə seçki komissiyasından bildirilib ki, ərazidəki 10 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Məntəqələrdə səsvermənin gedişini ayrı-ayrı partiyadan olan, eləcə də bitərəf müşahidəçilər izləyiblər.
17 saylı Yasamal 3-cü Seçki Dairəsi üzrə 28 seçki məntəqəsi fəaliyyət göstərib. Bütövlükdə dairənin əhatə etdiyi ərazidə 30447 seçici qeydə alınıb. Bütün məntəqələrdə seçicilərin siyahıları əvvəlcədən dəqiqləşdirilib, onlara zəruri təşviqat materialları paylanılıb və geniş maarifləndirmə işləri aparılıb. Bəhs olunan seçki dairəsi üzrə 10 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Həyata keçirilən bu və digər tədbirlər sayəsində bütün məntəqələrdə səsvermə yüksək səviyyədə başa çatıb.
12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə isə 8 məntəqə fəaliyyət göstərib. Bəhs olunan dairə üzrə bütövlükdə 11353 nəfər seçici qeydə alınıb. Dairə üzrə məntəqələrdə elə ilk saatlardan böyük qələbəlik yaşanıb. Seçicilərin fəallığı səsvermənin sonunadək davam edib.
MÜBARİZ

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31