Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mingəçevirdə “Heydər Əliyev - əməlləri ilə tarix yazan əbədiyaşar şəxsiyyət” mövzusunda konfrans keçirilib

Mingəçevirdə “Heydər Əliyev - əməlləri ilə tarix yazan əbədiyaşar şəxsiyyət” mövzusunda konfrans keçirilib

10.12.2016 [11:40]

Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev - əməlləri ilə tarix yazan əbədiyaşar şəxsiyyət” mövzusunda keçirilən elmi-nəzəri konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib.
Sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Heydər Əliyev - tarixi şəxsiyyət, görkəmli dövlət xadimi və əbədiyaşar liderdir”, 40 saylı ərazi ilk partiya təşkilatının sədri Lalə Əsgərova “Heydər Əliyev - müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu”, Mingəçevir Dövlət Universitetinin kafedra müdiri Esmira Cəfərova “Heydər Əliyev - tariximizin qurucu xilaskar fenomeni” və YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini Eldar Dərişov “Azərbaycanın müasir inkişaf yolu Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xəttin uğurlu davamıdır” mövzusunda məruzə ilə çıxış ediblər.
Tədbirdə, həmçinin Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu və siyasi fəaliyyətinə həsr olunmuş “Şərəfli Ömür” adlı film nümayiş olunub.

Paylaş:
Baxılıb: 623 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31