/ / ABŞ-ın aparıcı ali məktəblərinin yəhudi mənşəli tələbələrinə Azərbaycandakı tolerantlıq barədə məlumat verilib
ABŞ-ın aparıcı ali məktəblərinin yəhudi mənşəli tələbələrinə Azərbaycandakı tolerantlıq barədə məlumat verilib
10.12.2016 [11:49]
Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-ın aparıcı ali məktəblərinin yəhudi mənşəli tələbələrini birləşdirən məşhur KİVUNİM Amerika-İsrail akademik təşkilatının Azərbaycanda səfərdə olan nümayəndə heyətinin üzvləri ilə görüşüb.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, müavini Səyavuş Heydərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut, KİVUNİM Amerika-İsrail akademik təşkilatının nümayəndə heyətinin rəhbəri Cey Liberman, Bakı şəhəri Dağ yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mifodi Ata iştirak ediblər.
Ölkəmizdəki dini durum, Dövlət Komitəsinin fəaliyyət istiqaməti barədə görüş iştirakçılarına ətraflı məlumat verən Mübariz Qurbanlı bildirib ki, tarixən tolerant, multikultural dəyərləri üstün tutan, əhalisinin 96 faizini müsəlmanlar təşkil edən Azərbaycanda bütün dinlərin nümayəndələri - müsəlman, xristian, yəhudilər əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayırlar. Dini konfessiyalar barədə danışan Komitə sədri vurğulayıb ki, bu konfessiyalar anlaşma şəraitində fəaliyyət göstərirlər və qeyri-islam dini icmalara dövlətimiz tərəfindən mütəmadi maliyyə yardımı edilir.
Yəhudilərin Azərbaycanda məskunlaşmasının 2600 illik tarixi olduğunu deyən komitə sədri ölkəmizdə hər zaman yəhudilərə xoş münasibət bəslənildiyini və indiyə qədər də bu münasibətin davam etdiyini bildirib. O qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığı tam təmin olunub, bütün dini konfessiyalara bərabər şərait yaradılıb. Digər konfessiya nümayəndələri kimi yəhudilər də öz ibadətlərini, dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər.
Daha sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut Azərbaycan-İsrailin əlaqələrinin perspektivlərindən danışıb və bu cür görüşlərin keçirilməsini müsbət dəyərləndirib.
Görüş müzakirələrlə davam edib. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tələbələri maraqlandıran sualları cavablandırıb.
Sonda görüş iştirakçılarına Azərbaycandakı dini abidələrin fotoşəkillərindən ibarət kitab təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54

