Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Daşkəsən rayonunda Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib

Daşkəsən rayonunda Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib

13.12.2016 [10:11]

Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Daşkəsən rayonunda silsilə anım tədbirləri keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin sərəncamına əsasən hazırlanan tədbirlər planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində, təhsil, səhiyyə müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində anım tədbirləri baş tutub. Bu tədbirlərin davamı olaraq dünən Daşkəsən rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndərin rayon mərkəzində ucalan abidəsi önünə gül-çiçək dəstələri düzülüb, rayon ictimaiyyəti Ümummilli liderə sonsuz hörmət və ehtiramlarını nümayiş etdiriblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə baş çəkib, burada Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxıblar.
Sonra rayon İcra Hakimiyyətinin inzibati binasında anım mərasimi keçirilib. Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişindən sonra Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək qeyd edib ki, Ulu öndər Heydər Əliyev həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması üçün böyük əmək sərf etmiş, mənsub olduğu xalqın və eyni zamanda, Özünün adını əbədi olaraq tarixə yazmışdır. Əhəd Abıyev Ümummilli liderimizin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri haqqında geniş məlumat verib, məhz Ulu öndərin səyləri və gərgin əməyi nəticəsində Azərbaycan dövlətinin əbədi müstəqillik qazandığını diqqətə çatdırıb. O deyib ki, hazırda Ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibi olması dünya miqyasında artıq tam qəbul edilən reallıqdır. Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırıb. Əhəd Abıyev əminliklə vurğulayıb ki, Ümummilli liderimiz Heydər Əliyevin adı qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31