Azərbaycan ilə İspaniya arasında dövlət idarəçiliyinin nəzəri və elmi əsasları müzakirə olunub
14.12.2016 [10:19]
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri “Azərbaycan Respublikasında dövlət qulluğu üzrə təlimlərə dəstək layihəsi” çərçivəsində DİA-nın rektoru akademik Urxan Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyanın paytaxtı Madriddə səfərdədir.
Səfər çərçivəsində İspaniyanın Maliyyə və İctimai Funksiyalar Nazirliyində və Milli Dövlət İdarəçilik İnstitutunda keçirilən görüşlərdə Azərbaycan ilə İspaniya arasında dövlət qulluğu sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə təqdimatla çıxış edən Urxan Ələkbərov Azərbaycanın tarixi, ölkəmizdə gedən siyasi, iqtisadi proseslər barədə geniş məlumat verib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi, iqtisadi islahatlar barədə danışan rektor Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolunu qeyd edib. O, ölkəmizin innovativ tərəqqisi ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq qurumların qiymətləndirmələrinə əsaslanan təhlilləri də iştirakçıların diqqətinə çatdırıb.
Dövlət İdarəçilik Akademiyasının fəaliyyəti barədə danışan U.Ələkbərov qeyd edib ki, bu ali məktəbdə dərs deyən müəllim heyətinin əksəriyyəti ölkənin siyasi idarəçiliyində mühüm rol oynayır. Burada əsas məqsəd tələbələrin təhsilin ilk günündən etibarən nəzəri biliklərlə yanaşı, praktik təcrübə ilə də tanış olmalarıdır. Akademiyada, həmçinin digər ixtisas sahibləri də dövlət idarəçiliyinin prinsiplərini öyrənir.
Milli Dövlət İdarəçilik İnstitutunun beynəlxalq əlaqələr departamentinin rəhbəri xanım Marta Simas Hernando İspaniyada dövlət idarəçiliyinin necə həyata keçirilməsi barədə məlumat verib. İnstitutun fəaliyyəti və strukturundan danışan Marta Simas Hernando bildirib ki, Azərbaycandakı ali təhsil ocağının nəzəri idarəçilik sahəsindəki təcrübəsi onlar üçün çox maraqlıdır və gələcəkdə ikitərəfli əməkdaşlıq hər iki ölkə üçün faydalı olardı.
Daha sonra hər iki tərəfi maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində daha bir neçə universitetdə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

