Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi başa çatıb

“Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi başa çatıb

22.12.2016 [09:53]

Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsini Binəqədi rayonunun 135, 267, 283 saylı məktəblərində uğurla həyata keçirib. Layihə çərçivəsində gənclərə sağlam həyat tərzi, gender bərabərliyi, QİÇS, erkən nikahlar problemləri haqqında məlumat verilib.
Bu mövzulara müraciət edilməsi heç də təsadüfi deyil. Belə ki, sosial hadisə olan erkən nikah ailə məsələlərində ciddi narahatlıq doğuran aktual mövzulardan biridir.
Gender bərabərliyinin məqsədi kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla bərabərliyinin təmin edilməsindən ibarətdir.
Eyni zamanda, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Narkomaniya narkotik vasitələrdən istifadə etdikdə yaranan xroniki xəstəlikdir. Buna görə də layihə çərçivəsində narkomaniyanın gənclər üçün hansı təhlükələr törədə biləcəyi haqqında ətraflı məlumat verilib.
Bir sözlə, bu layihə gənclərin sözügedən sahələrdə maariflənməsinə dəstək rolunu oynayıb.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31