Yunus Əmrə İnstitutu təkcə Türkiyənin deyil, eyni zamanda, Türk dünyasının da bir səsidir
19.01.2017 [10:12]
İbrahim Yıldırım: İki qardaş ölkənin prezidentlərinin bir-birinə dəstəyi, bir-birini qucaqlaması Türkiyə ilə Azərbaycanın qucaqlaşması kimidir. Bizlər də bu qardaşlığı örnək alıb fəaliyyətimizdə “bir millət, iki dövlət” fəlsəfəsini əsas götürməliyik
Bu günlərdə Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü tamam olub. Xalqlarımızın qədim qardaşlıq əlaqələrinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri ötən 25 ildə inkişaf edərək dünya üçün bir nümunə təşkil etməkdədir. Öz növbəsində iki qardaş ölkədə fəaliyyət göstərən müxtəlif qurumlar bu əlaqələrin daha da inkişaf etməsi üçün üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlməyə, fəaliyyətlərini “bir millət, iki dövlət” prinsipinə uyğun qurmağa çalışırlar. Belə təşkilatlardan biri də Yunus Əmrə İnstitutunun Bakı təmsilçiliyidir. 2013-cü ilin yanvarından fəaliyyət göstərən Bakı təmsilçiliyi ötən müddətdə yuxarıda bəhs edilən istiqamətdə müxtəlif tədbirlər keçirib. Elə hazırda Bakı təmsilçiliyinə rəhbərlik edən İbrahim Yıldırımla müsahibəmizdə də Yunus Əmrə İnstitutunun yaranma səbəbi və Bakı təmsilçiliyinin görəcəyi işlərlə bağlı suallara cavab almağa çalışdıq.
Məlumat üçün bildirək ki, 27 ildir təhsil və ədəbiyyatla bağlı bir çox layihələrin reallaşdırılmasında yaxından iştirak edən, Bakıya gəlməzdən öncə 11 il Qazaxıstanda müəllimlik edən, həmçinin bu institutun Qazaxıstan bölməsinin müdiri işləyən İbrahim Yıldırım artıq bir ildən çoxdur ki, Azərbaycandadır.
- Yunus Əmrə İnstitutu nə zaman və hansı məqsədlə yaranıb?
- Öncə onu deyim ki, Yunus Əmrə Vəqfi Türkiyəni, türk dilini, tarixini, mədəniyyətini və sənətini tanıtmaq, bununla əlaqədar olan məlumat və faktları dünyaya təqdim etmək, türk dili, mədəniyyəti və incəsənəti sahəsində təhsil almaq istəyənlərə xaricdə xidmət etmək, Türkiyənin digər ölkələrlə mədəniyyət sahəsində əlaqələrini, dostluğunu inkişaf etdirmək məqsədilə 05.05.2007-ci il tarixli və 5653 saylı qanunla qurulmuş bir Vəqfdir. Yunus Əmrə İnstitutu isə Vəqfə bağlı bir qurum olaraq bu qanunun məqsədlərini reallaşdırmaq üçün xaricdə yaratdığı mərkəzlərdə əcnəbilərə türkcə təhsil verməklə yanaşı, ölkəmizin tanıdılması məqsədilə mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərməkdə, eyni zamanda, elmi fəaliyyətlərə dəstək verməkdədir. Bir sözlə, öz mədəniyyətini dünyada tanıtmaq istəyən bir çox ölkə bu tip institutlar yaradır. Biz də yuxarıda qeyd etdiyim kimi, 2008-ci il qanununa əsaslanaraq 2009-cu ildə bu institutun ilk təmsilçiliyini Bosniya Hersoqovinanın Sarayevo şəhərində açdıq. Yəni hardasa 10 ilə yaxındır Yunus Əmrə İnstitutu fəaliyyət göstərir.
- Hazırda neçə ölkədə fəaliyyət göstərirsiniz?
- Hazırda Yunus Əmrə İnstitutunun dünyanın 40 ölkəsində 50 mərkəzi var. Bəzi ölkələrdə hətta 2-3 mərkəzimiz var. Həmin mərkəzlərdə verilən türkcə təhsillə yanaşı, müxtəlif ölkələrdə təhsil qurumları ilə həyata keçirilən əməkdaşlıq nəticəsində Türkologiya bölümləri də dəstəklənməkdədir. Eyni zamanda, həmin mərkəzlərin vasitəsilə mədəniyyət və incəsənətimizi tanıtmaq üçün bir çox tədbirlər keçirilir, milli və ya beynəlxalq tədbirlərdə ölkəmiz təmsil olunur. Ümumiyyətlə, qanunumuza əsaslanaraq deyə bilərəm ki, Yunus Əmrə İnstitutu işini əsasən iki istiqamətdə qurub - dünyada türkcənin öyrədilməsi və dünyaya türk mədəniyyətinin tanıdılması. Bu gün Londondan Tokioya, Cənubi Afrikadan Tatarıstana qədər Yunus Əmrə İnstitutu var və bu institutlarda 10 minə yaxın əcnəbi türkcə oxuyur.
- İbrahim bəy, dünyada insanlar türkcəni niyə öyrənməlidirlər?
- Dünyada Türkiyəyə olan maraq türkcənin öyrənilməsinin əsaslarından birini təşkil edir. Türkiyəyə olan marağa gəlincə, hökumətimizin son 15 ildən bəri həyata keçirdiyi gözəl fəaliyyətin nəticəsində bu maraq yaranıb. Türkiyə böyüdükcə, siyasi və iqtisadi gücü artdıqca xaricdə ölkəmizə maraq da artır. İnsanlar Türkiyəni görmək, Türkiyədə təhsil almaq istəyirlər. Artıq dünya çapında Türkiyədə təhsil almaq istəyən gənclərin sayı durmadan artır. Eyni zamanda, Türkiyədə iş qurmaq, Türkiyəyə istirahətə gəlmək istəyən insanlar arasında da türkcəni öyrənmək istəyənlərin sayı artır. Bura xüsusilə serial və filmlərimizin inkişafını, dünya çapında məşhurlaşmasını da əlavə etmək istəyirəm. Məsələn, “Möhtəşəm yüz il” serialı dünyada maraqla izlənir. Bunların da əcnəbilər arasında Türkiyəyə, türkcəyə marağın artmasında öz rolu olur. Biz də bunun üçün hekayə kitabları, videolar hazırladıq. Türkcəni öyrətmək üçün çox maliyyə və əmək sərf edirik. Hazırda dünyada türkcəni ən yaxşı öyrədən qurumların başında Yunus Əmrə İnstitutu gəlir. Mədəniyyət sahəsində də, demək olar ki, bütün istiqamətlərdə fəaliyyət göstərir, mədəniyyətimizin bütün zənginliklərini, hətta mətbəximizi belə dünyada tanıdırıq.
- İnstitut niyə məhz Yunus Əmrənin adını daşıyır?
- Yunus Əmrə 700 il öncə yaşamış bir Anadolu ziyalısıdır. O, farscanın, ərəbcənin hər yerdə istifadə edildiyi bir zamanda türkcə şeirlər söylədi və insanları qardaşlığa, sülhə, dostluğa çağırdı. Yəni Yunus Əmrənin ən önəmli özəlliyi insan dəyərlərini, insan sevgisini və insanlar arasında sülhü təmsil edən bir simvol olmasıdır. Monqol istilasının bütün Anadolunu oda-alova qərq etdiyi bir zamandaYunus Əmrə meydana çıxdı və dedi ki, gəlin qardaş olaq, bu dünya kimsəyə qalmaz. Yunus Əmrə İslamı görüntü anlayışdan xilas etdi. Bəyan edildi ki, saqqal buraxıb namaz qılmaq, həccə getmək deyil İslam. Məsələ könüllərə girməkdir, insanın qəlbində özünə yer edə bilməkdir. Buna görə də Yunus Əmrə həmin fəlsəfə ilə meydana çıxan tarixi bir şəxsiyyətdir. Biz də dünyaya açılarkən türkcə danışmış, türkcə gözəl əsərlər yaratmış və İslamı əsl mahiyyəti ilə anlamış bu şəxsiyyətin adını götürməyə qərar verdik. Bu böyük şəxsiyyət şeirləri ilə, sadəcə, Türkiyənin inkişafında önəmli rol oynamamış, eyni zamanda, qlobal insani dəyərlər üzərində inşa edilmiş fəlsəfəsiylə heç bir din, dil, irq ayrı-seçkiliyi göstərmədən insan oğlunun sülh və ortaq dəyərlər ətrafında birlikdə yaşamasına xidmət edən mesajlar vermişdir. Yunus Əmrə İnstitutu bütün fəaliyyətlərində bu təməl fəlsəfəni təbliğ etməyi bir hədəf olaraq müəyyən edib.
- Bəs, Bakıda fəaliyyətiniz nə zamandan başlayıb?
- 2013-cü ilin yanvar ayından fəaliyyətə başlamışıq. Bu günlərdə 4-cü yaşımızı qeyd etdik. Amma ilk üç ili BDU nəzdində fəaliyyət göstərdik. Son 1 il isə indiki ofisimizdə fəaliyyət göstəririk. Əsas tədbirlərimiz də bu son 1 ildə olub və məhz həmin enerji ilə 2017-ci ildə də müxtəlif istiqamətlərdə tədbirlər keçirməyi planlaşdırırıq. Məsələn, fevralın 14-də Nizami kinoteatrında “Xəzərdə eşqin səsi” deyə çox gözəl bir şeir axşamı olacaq. Ondan sonra “Yunus Əmrə bizim ortaq dəyərimizdir” adlı ortaq layihə gerçəkləşdirəcəyik. Xalça muzeyi ilə bağlı ortaq layihələrimiz var. Həmçinin 2018-ci ildə Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümüdür və bu münasibətilə bu ilin yay aylarında Sarıqamışdan, Qarsdan Nuri paşanın gəldiyi yollardan keçərək türk gəncləri Bakıya gələcəklər.
- Belə deyirlər ki, türk öncə özünü tanımalıdır ki, dünyanı tanısın və dünya türkü tanısın. Bu baxımdan Yunus Əmrə İnstitutu Türk dünyasının səsi olmaq üçün hansı addımlar atır?
- Bizim başqanımız professor doktor Şərəf Atəş hər zaman bunu deyər: Yunus Əmrə İnstitutu təkcə Türkiyənin deyil, eyni zamanda, Türk dünyasının da bir səsidir. Bütün Türk dünyası ilə bağlı hansısa xarici ölkədə bir fəaliyyət göstərilərsə, Yunus Əmrə İnstitutu yardım göstərməyə hazırdır. Konkret olaraq biz Bakıda ötən il “Türk dünyasının ortaq dili - naxışlar” mövzusunda simpozium keçirdik. Yenə “Türk Dünyası qadın geyimləri” sərgisi keçirdik. Bakıda III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirdik. Bu il də çox önəmli tədbirlər təşkil edəcəyik. Eyni zamanda, Bakıda Türk dünyası qədim uşaq oyunları şənliyi keçirəcəyik. Bu gün Urumçidən Balkanlara qədər ərazidə oynanılan beşdaş, cılıkcımık, aşıq, doqquzdaş kimi oyunlar bizim ortaq oyunlarımızdır. Bunları unutdurmamaq üçün 8 ölkədən gənclər Bakıda yarışacaqlar. Ən nəhayət, “Qarabağın səsi” adlı layihəni gerçəkləşdirəcəyik. Bu layihə çərçivəsində azərbaycanlı qaçqın və məcburi köçkün uşaqların səsini dünyaya çatdıracağıq. Təbii ki, həyata keçirdiyimiz və gələcəkdə reallaşdıracağımız layihələrin uğurlu alınması üçün sizlərin də dəstəyinə ehtiyacımız var. Yeri gəlmişkən, bu istiqamətdə bizə dəstək verən, fəaliyyətmizi işıqlandıran “Yeni Azərbaycan” qəzetinə minnətdarlıq edirəm.
Sonda demək istəyirəm ki, iki qardaş ölkənin prezidentlərinin bir-birinə dəstəyi, bir-birini qucaqlaması Türkiyə ilə Azərbaycanın qucaqlaşması kimidir. Bizlər də bu qardaşlığı örnək alıb fəaliyyətimizdə “bir millət, iki dövlət” fəlsəfəsini əsas götürməliyik.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

