Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / "Azərsun Holdinq" Novruz bayramı münasibəti ilə silsilə tədbirlər keçirib

"Azərsun Holdinq" Novruz bayramı münasibəti ilə silsilə tədbirlər keçirib

22.03.2017 [15:17]

Azərbaycanın qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan və hər zaman ölkəmizin sosial, mədəni, tarixi dəyərlərinə xüsusi həssaslıqla yanaşan "Azərsun Holdinq" Novruz bayramı ərəfəsində də çox mühüm işlər görüb. Şirkətlər Qrupu "Azərçay", "Bizim Tarla", "Azərduz" və "Azərşəkər" kimi hər kəs tərəfindən bəyənilən milli markalarla Dənizkənarı Milli Parkda təşkil olunmuş Novruz bayramı şənliyinə qatılaraq, öz məhsullarını tədbir iştirakçılarına nümayiş etdirib.
Artıq dünyanın bir çox ölkəsində satışı həyata keçirilən və yerli məhsullardan hazırlanan milli markalarımız ziyarətçilər tərəfindən həmişəki kimi böyük maraqla qarşılanıb. Bundan əlavə, şirkət minlərlə insana bayram sovqatı hədiyyə edərək hər kəsin Novruz bayramını yüksək səviyyədə qeyd etməsinə mühüm töhfə verib. Böyüklər üçün bayram öncəsi müxtəlif layihələr reallaşdıran "Azərsun Holdinq" azyaşlıları da unutmayıb. Belə ki, şirkət İmişlidə, Biləsuvarda və Bakıda minlərlə uşağın iştirak etdiyi bayram şənlikləri təşkil edərək onlara hədiyyələr verib.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31