/ / Nəzarət tədbirləri analitik məlumatlar, informasiya texnologiyaları və baza məlumatları əsasında aparılır
Nəzarət tədbirləri analitik məlumatlar, informasiya texnologiyaları və baza məlumatları əsasında aparılır
19.04.2017 [09:57]
Sarxan Məmmədov: Dövlət idarəetmə sistemində aparılan islahatlar, sahibkarlığın geniş dəstəklənməsi, biznes mühitinin cəlbediciliyinin artırılması işgüzar fəallığın yüksəlməsinə şərait yaradır
“Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti vergi sistemində aparılan genişmiqyaslı struktur islahatları, vergi administrasiyasının təkmilləşdirilməsi və təşkilati strukturunun transformasiyası prosesi çərçivəsində yaradılıb. “Fərdi yanaşma” prinsipi üzərində formalaşdırılmış yeni idarəetmə mexanizminin mühüm tərkib hissələrindən biri də kiçik sahibkarlıq subyektləri ilə ayrıca iş qurmaq, kiçik sahibkarlıq qrupuna fərdi yanaşmanı, eləcə də fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir”.
Bunu KİV-ə açıqlamasında sözügedən departamentin baş direktoru Sarxan Məmmədov deyib. Onun sözlərinə görə, Vergilər Nazirliyinin təsdiq etdiyi əsasnamənin müddəalarına görə, departamentin funksiyalarına kiçik sahibkarlıq subyektlərində uçotun dəqiqləşdirilməsi, xidmət çeşidlərinin artırılması, kiçik sahibkarlara münasibətdə əks-əlaqə prinsipinin tətbiq olunması, onların inzibati yükünün azaldılması ilə könüllü əməletmə səviyyəsinin artırılması, dövriyyələrin leqallaşdırılmasının təşviq edilməsi ilə real vergi potensialının müəyyən olunması kimi vəzifələr aid edilib. Bundan başqa, müəyyən olunmuş risk dərəcələri əsasında zəruri hallarda vergi nəzarəti tədbirlərinin keçirilməsi, əməkdaşların vergi sahəsində bilik və bacarıqlarının artırılması və s. departamentin prioritetləridir.
S.Məmmədov bildirib ki, dövlət idarəetmə sistemində aparılan islahatlar, sahibkarlığın geniş dəstəklənməsi, biznes mühitinin cəlbediciliyinin artırılması işgüzar fəallığın yüksəlməsinə şərait yaradır. Bu, xüsusilə kiçik sahibkarlıqla məşğul olmaq istəyənlərin sayında da özünü göstərir. 2017-ci ilin ilk üç ayında departamentin qeydiyyatında olan vergi ödəyicilərinin sayı 6430 vahid artaraq 242.522-yə çatıb.
Departamentin qarşısında duran mühüm vəzifələrdən biri vergi ödəyicilərinin öz biznesini inkişaf etdirməsi, dövriyyələrini artırması, tədricən orta sahibkarlıq subyektinə çevrilməsi üçün onlara maksimum dəstək göstərilməsidir. Bu, sahibkarlığın inkişafı ilə yanaşı, vergi daxilolmalarının potensial artımı üçün də baza təşkil edir. 2017-ci ilin 1-ci rübündə 2715 vergi ödəyicisinin uçot yeri Vergilər Nazirliyi yanında Lokal gəlirlər departamentinə dəyişdirilib ki, bunların da 334-ü ƏDV ödəyicisi, 97-si 6% və 8% dərəcə ilə sadələşdirilmiş vergi dərəcəsi üzrə qeydiyyata alınmış vergi ödəyiciləri olub.
S.Məmmədov əlavə edib ki, vergi ödəyicilərinin təqdim etdikləri bəyannamələrdən və informasiya bazasından istifadə etməklə risk meyarlarının qruplaşdırılması aparılır, keçiriləcək vergi nəzarəti tədbirlərinin əhatə dairəsi müəyyən edilir: “Ümumiyyətlə, kiçik sahibkarlıq subyektlərinə münasibətdə nəzarət tədbirləri analitik məlumatlar, informasiya texnologiyaları və baza məlumatları əsasında aparılır”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22

