/ / Lənkəranda “İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfrans keçirilib
Lənkəranda “İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfrans keçirilib
19.04.2017 [09:59]
Aprelin 18-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamının böyük tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb, bu sənədin İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn mühüm addım kimi dəyərləndirib.
T.Qaraşov bildirib ki, bu gün Azərbaycanda bütün dinlərə eyni səviyyədə hörmət bəslənilir və ölkənin inanclı vətəndaşlarının hər birinin öz dini etiqadlarını yerinə yetirmələri üçün bərabər şərait yaradılıb.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxışında respublikanın cənub bölgəsində İslami dəyərlərə həmişə böyük hörmətlə yanaşıldığını qeyd edərək, Fondun bu mövzuda keçirdiyi regional konfransın birinci olaraq Lənkəranda reallaşmasının təsadüfi olmadığını diqqətə çatdırıb.
V.Səfərli gələn ay Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini vurğulayaraq, bu oyunlarda 57 ölkədən 3000-ə yaxın idmançının iştirak edəcəyini və onların Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq imkanı qazanacağını deyib.
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev məruzələrlə çıxış ediblər. Məruzəçilər ölkəmizin tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini, eləcə də respublikamızda əldə olunmuş nailiyyətlərin təbliği və təşviqində medianın da üzərinə böyük vəzifələrin düşdüyünü bildiriblər.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

