Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib
26.04.2017 [09:23]
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Botanika bağında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiyada RAGB-nin fəalları iştirak ediblər.
MDU-nun Botanika bağında 2013-cü ildə yaradılmış dərman bitkiləri bölməsinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından zeytunkimilər fəsiləsindən olan Birgöz, Yapongülü və s. dərman kolları hədiyyə edilib. Azərbaycanda geniş yayılmış bu bitkilərdən xalq təbabətində istifadə olunur.
Botanika bağının direktoru Aleksey Reteyum AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, dərman bitkiləri bölməsi Botanika bağında yeni yaradılıb. Burada dünyanın bir çox ölkələrindən gətirilmiş dərman kolları və bitkiləri əkilir, yeni landşaft kompozisiyası yaradılır. A.Reteyum deyib: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi RAGB ilə əməkdaşlığımız sayəsində Azərbaycan təbiətinə aid bitkilərdən ibarət yeni landşaft yarada, kolleksiyamızı daha da zənginləşdirə bilirik. Bu, bizi çox sevindirir. Leyla Əliyevanın adından hədiyyə olunan bitkilər bağımızın mərkəzində əkilib. Botanika bağına gələn hər kəs Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə hədiyyə olunan bitkilərin əkildiyi sahəni seyr edə biləcək. Burada Azərbaycan, həmçinin Rusiya Azərbaycanlı Gənclər Birliyi və bu gün keçirilən aksiya barədə məlumat verən lövhə də yerləşdirmişik. MDU-nun Botanika bağının çoxəsrlik tarixi var və bu gün əkilən bitkilər də uzun illər bu bağa yaraşıq verəcək, azərbaycanlı dostlarımızdan xatirə qalacaq. Biz gələcəkdə Botanika bağında Azərbaycan ilə birgə tədbirlər keçirməyi də nəzərdə tutmuşuq”.
MDU-nun Botanika bağının Rusiya hökumətinin dəstəyi ilə yaradılan dərman bitkiləri bölməsində 150-dən çox bitki toplanıb. Onların arasında xalq təbabətində geniş istifadə olunan bitkilərlə yanaşı, nadir bitki və kol növlərinə də rast gəlinir.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

