Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qələbənin varisləri” adlı konfrans keçirilib
02.05.2017 [10:07]
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qələbənin varisləri” adlı tarixi-mədəni konfrans keçirilib. Konfrans Böyük Vətən müharibəsində Qələbənin 72-ci ildönümünə həsr olunub. “Poklonnaya qora”da yerləşən Böyük Vətən Müharibəsi Mərkəzi Muzeyində keçirilmiş konfransda RAGB fəalları, müharibə veteranları, Moskvanın aparıcı ali məktəblərinin tələbələri iştirak ediblər.
Konfransdan əvvəl tədbir iştirakçıları “Poklonnaya qora”da beynəlmiləl döyüşçülər abidəsi önünə güllər qoyublar.
Tədbiri açan RAGB İdarə Heyətinin sədri Emin Hacıyev konfrans iştirakçılarını Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyevanın adından salamlayıb. O, faşizm üzərində Qələbəyə Azərbaycanın böyük töhfəsindən danışıb. “Azərbaycan alman faşizmi üzərində Qələbədə həlledici rol oynayıb. Çünki Azərbaycan nefti, Azərbaycan neftçiləri olmasaydı, müharibənin nəticələri tamam başqa cür ola bilərdi. Qırxıncı illərdə biz yaşda olanlar faşizm üzərində ümumi qələbə yolunda həyatlarını qurban veriblər. Bu, bizim ümumi qələbəmizdir - keçmiş Sovet İttifaqının bütün xalqlarının qələbəsidir”, - deyə RAGB nümayəndəsi bildirib. E.Hacıyev vurğulayıb ki, Azərbaycanda veteranlar dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunublar. XX əsrin sonunda Azərbaycan xalqının Qarabağ problemi ilə üzləşdiyini təəssüflə xatırladan E.Hacıyev deyib: “Azərbaycan sülhsevər ölkədir və məhz buna görə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə tənzimlənməsini istəyirik ki, bizim regionda sülh yaransın”, - deyə E.Hacıyev bildirib.
Moskva Veteranlar Şurasının üzvü, Moskvada ilk dəfə olaraq 141 nömrəli məktəbdə Rixard Zorge Muzeyini yaradan Violetta Stromskaya məşhur bakılı, Sovet İttifaqı Qəhrəmanı, hərbi kəşfiyyatçı Rixard Zorgenin həyat və fəaliyyətindən maraqlı faktlar danışıb. O, həmçinin qeyd edib ki, Veteranlar Şurası və Azərbaycanın Rusiyadakı diasporu sıx əməkdaşlıq edir, birgə tədbirlər keçirir. “Mən gözəl və mərd azərbaycanlıları sevirəm. Arzu edirəm ki, Rusiya və Azərbaycan arasında dostluq getdikcə daha da möhkəmlənsin”, - deyə Violetta Stromskaya bildirib.
Müharibə dövrü Stalinqradının sakini Yekaterina Zavyalova “Müharibə dövrü Stalinqradının uşaqlarının xatirəsi” (“Vospominaniya detey voyennoqo Stalinqrada”) kitabının nəşrindən danışıb. Kitabda uşaq yaşlarında Stalinqrad döyüşünü görmüş 34 nəfərin xatirələri yer alıb. Onlar doğma şəhərin dağılmasını, yaxınlarının həlak olmasını öz gözləri ilə görüblər, müharibənin gətirdiyi qorxu, aclıq, soyuq və digər məhrumiyyətlərə düçar olublar.
Veteranlar bu görüşün təşkilinə görə RAGB və onun rəhbəri Leyla Əliyevaya təşəkkürlərini bildiriblər.
Konfrans çərçivəsində RAGB fəalları İlahə Ələkbərova, Əbülfəz Şahbazov, Aleksandr Poqodin, Validə Rzayeva, Susanna Qəhrəmanova, Kənan Rüstəmov və başqaları “Böyük Vətən müharibəsinin nəticələri və dərsləri”, “Azərbaycan Böyük Vətən müharibəsində”, “Gənclər və veteranlar - nəsillərin əlaqəsi” mövzularında məruzələrlə çıxış ediblər.
“Qələbəyə yol” 3D instalyasiyası konfrans iştirakçılarında xüsusi maraq doğurub. Müharibənin 1941-ci il iyunun 22-dən 1945-ci il iyunun 24-dək olan dövründə baş vermiş əsas hadisələrin tarixini canlandıran xüsusi effektlər tamaşaçının özünü həmin hadisələrin mərkəzində hiss etməsinə imkan yaradır. “Qələbəyə yol” işıq-səs instalyasiyası muzeyin konfrans keçirilən “Şöhrət” zalının divarlarında nümayiş etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05

