28 May - Respublika Günü münasibətilə Bakıda idman yürüşü keçirilib
31.05.2017 [09:40]
28 May - Respublika Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər dövlət qurumlarının əməkdaşlarının, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin birgə iştirakı ilə idman yürüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, idman yürüşündə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev iştirak ediblər.
Yürüşün açılış mərasimində dövlət himni səsləndirilib.
General-leytenant Mədət Quliyev 28 May - Respublika Günü münasibətilə yürüş iştirakçılarını təbrik edib. Yürüşün keçirilməsi təşəbbüsünə dəstək verdiklərinə və bilavasitə iştiraklarına görə KİV nümayəndələrinə minnətdarlığını bildirən general-leytenant Mədət Quliyev yaranmasının 99-cu ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə şərəfli yer tutduğunu deyib. Diqqətə çatdırılıb ki, müsəlman Şərqində ilk demokratik dövlət qurmuş Azərbaycan qədim mədəniyyətə malik xalqının mətinlik, şücaət və mərdlik simvolu olduğunu dünyaya bəyan etməyə müvəffəq olub. Bu tarixi hadisə Vətənimizin daha işıqlı sabahının bünövrəsini qoyub. Möhkəm təməllər üzərində qurulmuş müasir Azərbaycan dövlətinin hazırkı dinamik inkişafı bunun bariz nümunəsidir.
General-leytenant Mədət Quliyev bildirib ki, azərbaycançılıq ideyalarını daim rəhbər tutan Ümummilli lider Heydər Əliyevin hələ sovet dönəmindəki fəaliyyəti müstəqillik arzularının reallaşması üçün zaman-zaman mükəmməl zəmin yaradıb. Qürurvericidir ki, ölkəmizi həqiqi istiqlaliyyətə qovuşduran Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atıb, ölçüyəgəlməz xidmətlər göstərib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vurğulayıb ki, bu gün respublikanın müstəqil siyasəti Prezident İlham Əliyevin müdrik, uzaqgörən idarəçilik və yüksək diplomatik peşəkarlığından irəli gəlir: “Azərbaycan öz tarixində heç vaxt indiki kimi güclü olmayıb. Bu inkişafa, tərəqqiyə və əmin-amanlığa görə dövlət başçısı İlham Əliyevə minnətdarıq. Qədirbilən xalqımız Prezident İlham Əliyevi və Birinci vitse-prezident xanım Mehriban Əliyevanı çox sevir”.
Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində DTX-nin bütün imkanlarının səfərbər olunduğunu diqqətə çatdıran general-leytenant Mədət Quliyev respublikada təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirildiyini bildirib: “Dövlət Təhlükəsizliyi Xidməti bu işlərdə digər hüquq-mühafizə orqanları, dövlətçiliyə sadiq ictimai təşkilatlar və cəmiyyətin sağlam qüvvələri, habelə tərəfdaş dövlətlərin müvafiq orqanları ilə sıx əməkdaşlığa xüsusi önəm verir. Əlbəttə ki, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulmasına da böyük diqqət yetirilir. Bugünkü idman tədbiri də cəmiyyətdə hökm sürən həmrəyliyin, dövlət və vətəndaş arasında sarsılmaz birliyin, eləcə də sağlam həyat və sağlam ruh vəhdətinin daha bir əyani nümunəsi və nümayişidir”.
Sonra açılış mərasimi tanınmış estrada müğənnilərinin və rəqs ansamblının ifaları ilə davam edib.
Dövlət Bayrağı Meydanından başlayan, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin hakimləri tərəfindən idarə edilmiş 5 kilometrlik idman yürüşü Dənizkənarı Milli Parkdakı “Saat qülləsi”ndə başa çatıb.
Sonda yürüşün iştirakçıları olan KİV nümayəndələri Dövlət Təhlükəsizliyi Xidmətinin diplomları ilə təltif ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

