Almaniya ilə ədliyyə sahəsində səmərəli əməkdaşlıq edilir
01.06.2017 [10:10]
Mayın 30-31-də Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) icraçı direktoru xanım Veronika Keller-Engels başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İRZ təmsilçiləri əvvəlcə Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini yad ediblər. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.
Səfər zamanı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İRZ-in nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Almaniya Federal Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən və bu ay 25 illiyini qeyd edən Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunaraq, 2009-cu ildə iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Birgə Bəyanatın implementasiyası çərçivəsində İRZ-in fəal iştirakı və həyata keçirilən tədbirlərdə dəstəyi qeyd edilib, hüquqi sahədə aparılan təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə və ədliyyə, o cümlədən penitensiar sahədə həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verib, dövlətimizin başçısının cari ilin fevralında imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncam ilə bu islahatların yeni mərhələyə keçdiyini qeyd edib.
Respublikamıza ilk dəfə səfərindən məmnunluğunu ifadə edən qonaq İRZ-in Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlığını qeyd edərək qarşılıqlı fəaliyyətin genişləndirilməsinə hazır olduğunu və bunun üçün yaxşı perspektivlərin olduğunu bildirib. Xanım V.Keller-Engels Almaniya federal ədliyyə nazirinin salamlarını çatdırıb.
Nümayəndə heyəti ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatları, o cümlədən infrastrukturun müasirləşdirilməsini, elektron məhkəmənin tətbiqini təqdir edərək, səfər zamanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binası ilə tanışlıqdan heyranlığını ifadə edib.
Qonaqlar, həmçinin Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi “ASAN xidmət” mərkəzlərinin vətəndaş məmnunluğunu təmin edən fəaliyyətini yüksək qiymətləndiriblər.
Görüşdə probasiya və mediasiya institutlarının tətbiqi ilə bağlı təcrübə mübadiləsinin aparılması, hakimlərin və hakimliyə namizədlərin tədrisi, məhkəmə qərarlarının icrası və digər sahələr üzrə əməkdaşlığa dair məsələlər müzakirə olunub, konkret təkliflər irəli sürülüb.
Qonaqlar nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olublar.
Səfər çərçivəsində İRZ-in nümayəndə heyəti, həmçinin Ali Məhkəməyə baş çəkərək məhkəmənin əzəmətli binası və fəaliyyəti ilə tanış olub. Eyni zamanda, qonaqlar ayrı-ayrı ədliyyə qurumlarında olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

