Uşaqlar Bulvarda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən ödənişsiz istifadə ediblər
02.06.2017 [09:58]
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə dünən Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadəsi aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi aksiyada yaşı 16-ya qədər uşaqlar saat 10:00-dan 15:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə ediblər.
Dənizkənarı Milli Parka gələn uşaqlar park ərazisindəki attraksionlarda, qatarlarda və sərnişinlərə xidmət göstərən gəmidə heç bir ödəniş etmədən əyləniblər.
Aksiya iştirakçısı Qurban Ramazanov “Möcüzələr dünyası” attraksionunda çox əyləndiyini bildirib və bütün uşaqlara əyləncəli günlərinin çox olmasını arzu edib.
Valideyn Vüsalə Ağamalıyeva qeyd edib ki, uşaqlar belə bir aksiyanın keçirilməsindən çox sevinirlər. O, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib, aksiyaya görə Dənizkənarı Bulvar İdarəsinə və Heydər Əliyev Fonduna təşəkkür edib. Vüsalə Ağamalıyeva arzu edib ki, bütün valideynlər uşaqlarını Vətənimizə layiqli övlad kimi yetişdirsinlər.
Bakıya qonaq gəlmiş Raziyyə Poladova nəvəsini rayondan bu bayram əyləncəsinə gətirdiyini bildirib. Uşaqların əyləncəsi üçün hər cür şəraitin yaradıldığını bildirən R.Poladova təşkilatçılara minnətdarlığını ifadə edib. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavilyonu, “Qorxulu Ev”, “Pirat”, “Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Şəfəq” və “Mirvari” gəzinti gəmiləri azyaşlılara ödənişsiz xidmət göstərib.
Qeyd edək ki, aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

