Azərbaycanda Ümumi Hesabatlılıq Standartının tətbiqinə başlanılır
01.07.2017 [10:14]
Bu gündən etibarən Azərbaycanda Ümumi Hesabatlılıq Standartının (Common Reporting Standard - CRS) tətbiqinə başlanılır. CRS vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin oradakı maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanması və həmin şəxslərin rezident olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standart 2014-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanıb. Bu barədə KİV-ə müsahibəsində Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2016-cı il 4 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə ölkə hüdudlarından kənarda əldə olunmuş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarəti həyata keçirmək üçün digər dövlətlərlə maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması nəzərdə tutulub. Sərəncamın icrasını təmin etmək məqsədilə “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya qoşulmaq barədə bəyanat imzalanıb: “İmzalanmış bəyanata əsasən, Azərbaycanda CRS-in tətbiqinə 1 iyul 2017-ci il tarixdən başlanılır. 1 iyula qədər maliyyə institutlarında mövcud olan hesablar “əvvəlcədən mövcud olan hesablar” sayılır. Standartın tətbiqinə başlanılan tarixdən “əvvəlcədən mövcud olan hesablar”ın hesabat verilməli hesab olub-olmadığını maliyyə institutları sərəncamlarında olan və mənbəyi bəlli olan mövcud məlumatlar əsasında müəyyən edəcəklər. 1 iyul 2017-ci il tarixdə və ondan sonra maliyyə institutlarında açılmış hesablar isə “yeni hesab” sayılır. Bu tarixdən sonra maliyyə institutlarına hesab açmaq üçün müraciət etmiş hər bir şəxs özünüqiymətləndirmə anketi dolduracaq. Qeyd olunan anket maliyyə institutları tərəfindən hesabın hesabat verilməli hesab olduğunu müəyyən etmək üçün aparılacaq araşdırmalarda istifadə olunacaq. CRS-ə uyğun olaraq, Azərbaycanın digər tərəfdaş yurisdiksiyalarla məlumat mübadiləsinin 2018-ci ilin sentyabr ayında başlanılması nəzərdə tutulub”.
“CRS-ə müvafiq olaraq, illik avtomatik əsaslarda maliyyə institutlarında olan hesablar üzrə müvafiq məlumatlar, o cümlədən təqvim ilinin sonuna hesabın qalığı, il ərzində əldə edilmiş gəlirlərin ümumi məbləği və CRS ilə müəyyən olunan digər zəruri məlumatlar mübadilə ediləcək. Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli qərarı ilə xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi hədləri və qaydaları artıq təsdiq edilib. Həmin sənəddə maliyyə institutları tərəfindən elektron hesabatda əks olunmalı məlumatlar, e-hesabatın Vergilər Nazirliyinə təqdim edilməsi forması və müddəti, e-hesabatın dəyişdirilməsi və digər məsələlər öz əksini tapıb”, - deyə o əlavə edib.
Qeyd edək ki, mövcud qanunvericiliyin müddəalarına əsasən, bank fəaliyyəti, həyatın yığım sığortası və annuitet sığortası fəaliyyəti, depozitar fəaliyyəti, qiymətli kağızların (veksellər, depozitar qəbzi və sair), törəmə maliyyə alətlərinin, xarici valyutaların məzənnə, faiz dərəcəsi və indeks alətləri, qiymətli kağızlarla ticarət və ya əmtəə üzrə fyuçerslərin müştəri üçün və ya müştərinin adından aparılan ticarət fəaliyyəti və investorların portfellərinin idarə edilməsi fəaliyyəti kimi fəaliyyətlərdən ən azı birini həyata keçirən vergi ödəyicisi maliyyə institutu hesab olunur.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

