Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib
13.07.2017 [09:44]
İyulun 12-də Azərbaycanda Atatürk Mərkəzində tədqiqatçı, tanınmış dilçi-türkoloq, Nyu-York Elmlər Akademiyasının akademiki, uzun müddət Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində dillər kafedrasının müdiri və Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.
Tədbirdə M.Çobanovun “Azərbaycan şəxs adları” və “Azərbaycan antroponimiyasının əsasları” kitablarının yenidən işlənmiş və əlavələr olunmuş üçüncü nəşrləri, eləcə də yubilyara həsr olunmuş “Elin və elmin ağsaqqalı” kitabı təqdim olunub.
Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli alimin həyat və fəaliyyətindən bəhs edib. Akademik bildirib ki, professor M.Çobanov Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-ə yaxın kitabın, 28 tədris proqramının, 600-dək elmi məqalənin, ölkə həyatının siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş 220-dən çox oçerkin müəllifidir. O, 60-a yaxın kitabın redaktoru, rəyçisi və tərcüməçisi, 110 elmi konfransın fəal iştirakçısı, 100-dən çox doktorluq və namizədlik dissertasiyalarının opponenti və rəyçisi olub. Onun elmi-pedaqoji fəaliyyətinə dair bir neçə kitab, onlarca məqalə, əsərləri haqqında 100-dək rəy, 30-a yaxın şeir və oçerk yazılıb.
Tədbirdə N.Cəfərovun yubilyara həsr etdiyi “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” kitabından da danışılıb. Məlumat verilib ki, kitabda M.Çobanovun mənalı həyat yolu, ictimai, elmi-pedaqoji, həmçinin türk dieloktoloqu, onomatoloqu, antroponimisti kimi məhsuldar fəaliyyətindən bəhs olunur.
Qeyd olunub ki, professor M.Çobanov Azərbaycan-gürcü xalqlarının tarixi və ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə 2008-ci ildə GUAM təşkilatının diplomu, 2011-ci ildə “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim - ilin alimi “Qızıl medal”ı ilə təltif olunub. 2012-ci ildə isə “Dədə Qorqud” Fondu yubilyarı “Qızıl ürək” qızıl medalı ilə mükafatlandırıb. M.Çobanov çoxşaxəli elmi yaradıcılığa malik olan yenilikçi alimlərimizdəndir. Alimin əsərləri Azərbaycan, özbək, qazax, qırğız, türkmən, rus, gürcü və başqa xalqların dillərinə tərcümə olunub.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu professor M.Çobanovun elmi əsərlərinin əhəmiyyətindən söhbət açaraq ona yeni yaradıcılıq uğurları arzulayıb.
Əməkdar elm xadimi, professor Nizami Xudiyev M.Çobanovun dilçi filoloqlarımız arasında seçildiyini diqqətə çatdırıb. N.Xudiyev qeyd edib ki, bir alim kimi M.Çobanovun yaradıcılığı olduqca genişdir. O, gənclik enerjisi ilə araşdırmalar aparır, yeni-yeni uğurlara, nailiyyətlərə imza atır.
Görkəmli alimin elmi pedaqoji fəaliyyətindən bəhs edən Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev M.Çobanovun əsərlərinin elmi-nəzəri və təcrübi cəhətdən çox əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra respublikamızın tanınmış alimləri, yubilyarın həmkarları çıxış edərək görkəmli alimin 80 illik həyat yoluna nəzər salaraq onun apardığı elmi araşdırmaların türkologiya tarixində xüsusi yeri olduğunu bildiriblər.
Tədbirdə yubilyar Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov və “Qafqaz-Press” İctimai Birliyinin sədri Azadə Taleh tərəfindən fəxri fərmanlarla təltif edilib.
Sonda professor M.Çobanov tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.
Arif ƏSƏDOV
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

