Jurnalistlərin mənzillə təmin olunması mediaya dövlət qayğısının növbəti təzahürüdür
22.07.2017 [10:06]
Media mənsubları prosesin tam şəffaf və ədalətli şəkildə aparıldığını qeyd edirlər
İyulun 20-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimi keçirilib. Xatırladaq ki, Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Ümumilikdə, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Onlardan 9-u birotaqlı, 144-ü ikiotaqlı, 93-ü üçotaqlı və 9-u dördotaqlı mənzillərdir.
Ölkə Prezidentinin yüksək humanizminin ifadəsi olan jurnalistlərə mənzillərin paylanması prosesi olduqca şəffaf keçirilib. Mənzillərin veriləcəyi namizədlərin müəyyənləşdirilməsi ilə bağlı parametrlər əvvəlcədən müəyyənləşdirilib və ümumi proses boyunca bu şərtlərə tam əməl edilib. Ən son mərhələdə isə mənzillərin püşk yolu ilə paylanması prosesin tam ədalətli şəkildə aparılmasının daha bir sübutuna çevrildi. Media mənsubları da prosesin şəffaf və ədalətli şəkildə keçdiyini təsdiqləyirlər.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Milli Mətbuat Günü ərəfəsində jurnalistlərə mənzillərin hədiyyə olunmasını növbəti əlamətdar hadisə adlandırıb. E.Mirzəbəyli bildirib ki, dünya praktikasında jurnalistlərin dövlət tərəfindən pulsuz mənzillə təmin olunması təcrübəsi yoxdur. Bu nadir və çox təqdirəlayiq nümunə məhz Azərbaycanda tətbiq edilir. Bu təcrübənin ideya müəllifi, təşəbbüskarı və praktiki müstəvidə dəstək verəni məhz Prezident İlham Əliyevdir. Mənzillərin bölgüsünün müvafiq komissiya tərəfindən tam şəffaf şəkildə həyata keçirildiyini diqqətə çatdıran E.Mirzəbəyli redaksiyalar tərəfindən komissiyaya təqdim olunan siyahılarda yer alan jurnalistlərin fəaliyyətinin və onların əvvəlcədən elan olunan şərtləri nə dərəcədə ödədiklərinin ciddi şəkildə araşdırıldığını, o cümlədən fərdi qaydada olunan müraciətlərə diqqətlə baxıldığını bildirib. Onun sözlərinə görə, jurnalistlərə hədiyyə olunan mənzillərin müəyyənləşdirilməsində də bir çox nüans nəzərə alınıb: “Belə ki, media təmsilçilərinin sosial vəziyyəti, eləcə də digər parametrlər tam nəzərdən keçirilib obyektiv qiymətləndirildikdən sonra heç bir narazılığa yer qoymadan jurnalistlərə mənzillərin paylanılması reallaşdırılıb. Prezident İlham Əliyev bu gözəl ənənənin davamlı olacağını bildirib və üçüncü binanın təməlqoyma mərasimində də iştirak edib. Bu isə bir daha Azərbaycan mətbuatına dövlətin yüksək diqqət və qayğısının sübutudur”.
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev prosesin müəyyən bir hissəsinin şəxsən iştirakçısı olduğu üçün məlumatlarının və təəssüratlarının xüsusilə zəngin olduğunu söyləyib. Baş redaktor qeyd edib ki, prinsip etibarı ilə hər şey jurnalist cəmiyyətinə, eləcə də ümumilikdə cəmiyyətimizə şəffaf şəkildə bəllidir: “Bilirsiniz ki, mənzillər üçün sənədlərin qəbul olunması ilə bağlı komissiya yaradılmışdı və mən də o komissiyanın üzvü idim. Sənədlərin aktiv şəkildə yığılması prosesində iştirak etdim və deyə bilərəm ki, sənədlərin qəbul olunması və siyahı üçün hazırlanması normativlərə tam şəkildə uyğun aparılmışdı. Sonradan həmin sənədlərin Prezident Administrasiyasında səlahiyyətli şəxslər tərəfindən seleksiya olunması da ilkin bizim təqdim etdiyimiz sənədlərin əsasında oldu. Bu mənada nəticələrə qəti şəkildə şübhə ola bilməz. Çünki tam dəqiq hazırlanmış sənədlərin əsasında siyahı tərtib olunub. Daha sonra artıq mənzillərin jurnalistlər üçün konkret şəkildə müəyyənləşdirilməsinin püşkatma əsasında həyata keçirilməsi azacıq da olsa şübhə etməyə belə yer qoymur. Bu təcrübə olduqca şəffafdır və özünü doğruldur. Həm sənədlərin toplanması, həm siyahının tərtib olunması, həm də püşkatma mərasiminin şəffaf və prinsipial şəkildə aparılmasına heç bir şübhə ola bilməz. Düşünürəm ki, bunun özü də əslində Azərbaycan modeli hesab oluna bilər. Ötən illər ərzində dövlətimizin mediaya verdiyi sistemli dəstək bu kimi ənənələrin gələcəkdə də davam etdiriləcəyini deməyə əsas verir. Üçüncü binanın əsasının qoyulması və həmin binanın konkret hansı müddətdə istifadəyə verilməli olduğu ilə bağlı cənab Prezidentin tapşırıqları bu prosesin davamlı olacağını göstərir”.
Yeni tikilmiş jurnalist binasında mənzil alan “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev iyulun 20-də mənzillə təmin olunan 255 jurnalist ailəsinin böyük sevinc yaşadığını bildirib. Baş redaktor öz adının bu sırada olmasına görə böyük qürur hissi keçirdiyini deyib: “Media sahəsindəki 20 ildən artıq xidmətlərimi dəyərləndirən ölkə başçısına, ev bölgüsü komissiyasının hər bir üzvünə təşəkkür edirəm! Bu, jurnalistlər üçün elə möhtəşəm hadisədir ki, onun əhəmiyyətini qısa şəkildə ifadə etmək, olduqca çətindir. Biz jurnalistlər uzun illər belə bir sevincin həsrəti ilə yaşamışıq, onu gerçəkliyə çevirmək üçün müxtəlif yollar aramışıq. Dövlətimizin Azərbaycan jurnalistikasına diqqəti, dəstəyi sayəsində bizim üçün mümkünsüz olan bir məsələ, uzun illərdir ürəyimizdə gəzdirdiyimiz arzu artıq reallığa çevrilib. 4 il bundan öncə 156, bu il 255 jurnalist ailəsi mənzil sahibi olub. Uzağı 3 ilə daha 255 jurnalist də bu sıraya qoşulacaq. Sevindirici həm də odur ki, seçim prosesi tam ədalətli və şəffaf oldu. Komissiya daha çox xidmətləri və ehtiyacı olan namizədlərə üstünlük verdi. Nəticədə çox obyektiv bir siyahı formalaşdırıldı. Bütün bunlara görə Azərbaycan dövlətinə, bu ideyanın reallaşmasına şəxsən dəstək verən ölkə Prezidentinə təşəkkür edirəm!”
“Lider” televiziyasının əməkdaşı, yeni binadan mənzillə təmin olunan jurnalist Mətanət Ağamirli Azərbaycan dövlətinin mətbuata verdiyi dəstəyin göz qabağında olduğunu söyləyib. M.Ağamirli həm maliyyə, həm də sosial baxımdan mediaya ciddi dəstəyin verilməsini, jurnalistlərin mənzil problemlərinin həllini olduqca mühüm addım hesab edir. Onun sözlərinə görə, bu il qeyd edilən Milli Mətbuat Günü Azərbaycan jurnalistləri üçün ikiqat bayram olub: “Azərbaycan dövlətinin 255 jurnalistin mənzillə təmin olunması qərarı hər birimiz tərəfindən sevinclə qarşılandı. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün daha bir binanın təməlqoyma mərasimi də keçirildi. Bu isə o deməkdir ki, yaxın illərdə ölkəmizdə bir nəfər də olsun evsiz jurnalist qalmayacaq. Fürsətdən istifadə edib Azərbaycan jurnalistlərinə göstərdiyi bu diqqətə və qayğıya görə Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Ev almış bütün həmkarlarımı da təbrik edirəm. Evi olmayanlara da “qismət olsun” deyirəm”.
M.Ağamirli prosesin əvvəldən sona kimi şəffaf və ədalətli aparılmasına şübhə etmədiyini bildirib. Qeyd edib ki, bu, həqiqətən də, dünya praktikasında analoqu olmayan bir aksiyadır: “Bizim üçün edilmiş hədiyyənin bir sevindirici cəhəti də odur ki, cənab Prezident jurnalistlər üçün nəzərdə tutulmuş binanın açılış mərasimində bu binada mənzillə təmin olunmayan, amma buna layiq olan jurnalistlərin mənzillə təmin olunması üçün əlavə tədbirlər görüləcəyini bildirdi. Elə həmin gün də növbəti binanın təməlqoyma mərasimi keçirildi və cənab Prezident yeni binanın qarşıdakı 3 il ərzində tam tikilib hazır olması ilə bağlı tapşırıq verdi. Artıq dövlət başçısının qeyd etdiyi kimi, “jurnalistlər şəhərciyi” böyüməkdə, genişlənməkdədir. Bu isə bir daha jurnalistlərin qayğılarının dövlətin, şəxsən möhtərəm Prezidentimizin nəzarətində olduğunu göstərir. Kirayələrdə yaşayan, ev almaq imkanı olmayan, mənzil şəraiti ürəkaçan olmayan, iş yerinə çatmaq üçün saatlarla vaxtını yollarda - nəqliyyat vasitələrində keçirən jurnalistlər üçün bundan daha gözəl hədiyyə ola bilməzdi”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43

