“Bu uğur uzun illər ərzində çəkilən zəhmət nəticəsində əldə olunub”
17.08.2017 [10:20]
Məlum olduğu kimi, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı başa çatıb. Öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər yığdıqları bala müvafiq olaraq ixtisas seçimi ediblər. Artıq ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb. Odur ki, abituriyentlər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Yeri gəlmişkən xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 7, II ixtisas qrupu üzrə 2, III ixtisas qrupu üzrə 3, IV ixtisas qrupu üzrə isə 3 nəfər olmaqla, ümumilikdə 15 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri sizinlə tanış edirik. Belə ki, III ixtisas qrupu üzrə maksimum nəticə əldə edən rekordçulardan biri də 278 nömrəli məktəbin məzunu olan Pərvin Əhmədovadır.
Məlumat üçün bildirək ki, Pərvin Əhmədova respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015-ci və 2016-cı illərdə qızıl medal qazanıb, “Ədəbiyyat biliciləri” müsabiqəsində isə 2017-ci ildə I yeri tutub. Həmçinin Bakı şəhəri üzrə keçirilən şeir müsabiqələrində 2014-cü və 2015-ci illərdə I yerə layiq görülüb, “Parlaq zəka” intellektual oyununda 2016-cı və 2017-ci illərdə tarix və coğrafiya fənləri üzrə I yerə sahib olub. O, IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə bitirib, XI sinfi əla qiymətlərlə başa vurub.
Məzun olduğu məktəbdə həm də sinif nümayəndəsi olan rekordçumuzun sözlərinə görə, kiçik yaşlarından 700 bal toplayacağına əmin olub: “Sinif nümayəndəsi olduğum üçün digər şagirdlərə də nümunə olmalıydım. Hazırlıq müddətində belə dərslərimdən qalmırdım. Məktəb mənə elm öyrətməklə yanaşı, çoxlu dostlar da qazandırdı. İstər təhsil aldığım rayonda, istər məzunu olduğum məktəbdə, istərsə də ailəmizdə ilk dəfə 700 balı mən toplamışam. Ailəmin inamını doğrultduğum üçün böyük sevinc hissi yaşayıram. Bu uğur uzun illər ərzində çəkilən zəhmət nəticəsində əldə olunub. Mənim oxumaqdan və gələcəkdə peşəkar mütəxəssis olmaqdan başqa şansım yoxdur. Bunu bildiyim üçün gecəmi-gündüzümə qatıb dərslərimi oxuyurdum. Bəzən gecə yuxuda da dərslərimi sayıqlayırdım. Aprelin 30-da keçirilən imtahanda 657 bal toplamışdım. Kodlaşdırmada etdiyim səhvlər ucbatından ilk cəhdim uğursuz olsa da, iyulun 14-də keçirilən ikinci imtahanda ən yüksək balı toplaya bildim. Hər zaman 700 bal toplayacağımı və jurnalistlərin mənimlə reportaj hazırlayacaqlarını təsəvvür edərdim. Nəhayət ki, bu arzum gerçəkləşdi və hazırda sizin qarşınızdayam”.
Pərvinin dediyinə görə, ali təhsilini ADA Universitetinin dövlət və ictimai münasibətlər fakültəsində davam etdirəcək. Vətən həsrəti ilə yanan, əslən Ağdam rayonundan olan abituriyentimizin bu ixtisası seçməsi də səbəbsiz deyil: “Suveren Azərbaycanın ərazisinin təxminən 20 faizi hələ də Ermənistanın işğalı altındadır. Ermənistanın təcavüzkar siyasətini, dinc sakinlərə qarşı törədilmiş cinayətləri, o cümlədən Azərbaycan haqqında, xalqımızı narahat edən problem haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq istəyirəm. Düşünürəm ki, seçdiyim ixtisas mənim bu arzumun reallaşmasında mühüm rol oynayacaq”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05

