Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Lyu Cun Cey: Gəncə marafonu idman yarışından daha çox xalqların qardaşlıq bayramına bənzəyir

Lyu Cun Cey: Gəncə marafonu idman yarışından daha çox xalqların qardaşlıq bayramına bənzəyir

19.09.2017 [10:08]

“Gəncə marafonu-2017”nin iştirakçısı oldum. Marafona Çindən, əməkdaşı olduğum “HUAWEI” şirkəti tərəfindən qatılmışam. Bundan əvvəl ölkənizdə Bakı və Qəbələdə olmuşam. İstər əvvəl olduğum şəhərlər, istərsə də Gəncə haqqında təəssüratlarım yüksəkdir.
Bu sözləri AZƏRTAC-a “Gəncə marafonu-2017”nin çinli iştirakçısı Lyu Cun Cey bildirib.
“Azərbaycan yüksək mədəniyyətə, bəşəri dəyərlərə sahib ölkədir. Burada idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Bilirəm ki, bu vaxta qədər belə bir marafon 2 dəfə Bakı şəhərində keçirilib. Gəncə marafonu da yüksək səviyyədə təşkil olunub. Bu marafon idman yarışından daha çox, millətlərin və xalqların dostluq, qardaşlıq bayramına bənzəyir. Ölkənizdə olduğuma və bu cür marafonda iştirak etdiyimə görə özümü xoşbəxt sanıram”, - deyə Lyu Cun Cey qeyd edib.

Paylaş:
Baxılıb: 522 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31