Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində yeni nəşrlərin təqdimatı keçirilib
02.12.2017 [01:07]
Noyabrın 30-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Alban Apostol kilsəsi: tarixi baxış” mövzusunda altıncı “dəyirmi masa” nəşrinin təqdimatı keçirilib. Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov çıxış edərək “dəyirmi masa”nın əhəmiyyətindən söz açıb. Mərkəzin son illər gördüyü işlərdən danışaraq sözügedən tədbirin mərkəzin təşəbbüsü ilə həyata keçirildiyinə diqqət çəkib.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin arxiv sənədləri şöbəsinin baş məsləhətçisi, tarix elmləri doktoru Həcər Verdiyevanın moderatorluğu ilə reallaşan “dəyirmi masa”da hər iki nəşrin əhəmiyyətindən, onların ölkəmizin tarixini öyrənmək baxımından faydalı olduğundan söz açılıb.
Həcər Verdiyeva əvvəlcə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin gördüyü işlərdən danışıb. Sonra Alban Apostol avtokefal kilsəsi haqqında məlumat verilib. Vurğulanıb ki, baş redaktoru akademik Kamal Abdulla olan “Alban Apostol kilsəsi: tarixi baxış” kitabı Azərbaycan tarixinin reallıqlarına işıq tutur, ölkəmizin multikultural dəyərlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından xüsusi önəm kəsb edir. Kitab, eyni zamanda, Azərbaycan tarixinin tərkib hissəsini təşkil edən Alban Apostol kilsəsinin de-fakto və de-yure bərpası bu irsə, ilk növbədə, ölkəmizin tarixinə kənardan sahib çıxmaq istəyən qüvvələrin önünə sədd çəkir.
“Dəyirmi masa”da digər çıxış edənlər Alban Apostol kilsəsinin tarixi əhəmiyyətindən danışıb. Vurğulanıb ki, XIX əsrin ilk onilliklərində Alban Apostol kilsəsi özünün faciəvi günlərini yaşayıb. Rusiya imperatoru I Nikolayın 1836-cı il 11 mart tarixli fərmanı erməni-qriqorian kilsəsinin Alban Apostol kilsəsinə olan iddialarının reallaşması üçün münbit şərait yaradıb və bu vəziyyətdən istifadə edərək, Alban Apostol kilsəsinin mülkünü ələ keçirən erməni-qriqorian kilsəsi onun arxivlərini məhv edib, Azərbaycan torpaqlarına qarşı irəli sürülən əsassız iddialarının reallaşması üçün məqam axtararaq XX əsrin əvvəllərindən etibarən bu istiqamətdə müntəzəm fəaliyyət göstərib.
Məruzələr ətrafında aparılan fikir mübadiləsi zamanı tarixçilər bildiriblər ki, XIX əsrin birinci yarısında yaranmış vəziyyətdə udinlərin bir qismi assimilyasiyaya məruz qalsalar da, erməni-qriqorian kilsəsinə tabe olmaq istəməyib, etnik identikliyini qoruyub saxlayıb, Azərbaycan tarixinə bağlı olub.
“Dəyirmi masa” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilovun “Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti” kitabının təqdimatı da keçirilib.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

