Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib
14.12.2017 [10:04]
Dekabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyinə həsr olunan toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov alimin həyat və yaradıcılığı haqqında danışıb. O bildirib ki, E.Cavadova yaradıcılığının əsas hissəsini Azərbaycan mətbuatının banisi, “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabiyə həsr edib. E.Cavadovanın fəaliyyəti ictimaiyyətə Həsən bəy Zərdabi obrazını tam dolğunluğu ilə açıqlayır.
Sonra Esmira Cavadovaya Azərbaycan Mətbuat Şurasının diplomu təqdim olunub.
“Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist Sona Vəliyeva Esmira Cavadovanın Həsən bəy Zərdabi haqqında tədqiqatlarının əhəmiyyətini qeyd edib. Bildirib ki, son dövrlərdə milli mətbuatımızın banisi, böyük mütəfəkkir Həsən bəy Zərdabinin həyat və yaradıcılığına dair bir sıra dəyərli elmi, elmi-publisistik, bədii əsərlər yazılıb. Onların arasında Esmira Cavadovanın işləri xüsusi qeyd edilməlidir. O, uzun illərdir ki, Həsən bəy Zərdabi irsinin tədqiqi ilə məşğuldur. Həsən bəy Zərdabinin Bakı Dumasındakı çıxışlarını toplayıb çap etmək xüsusilə də qadın tədqiqatçı üçün çox böyük bir işdir.
Qeyd edilib ki, Həsən bəy öz əsərlərində yalnız məişəti, təbiəti, kənd təsərrüfatını və digər sahələri ehtiva etmirdi, eyni zamanda, bütün bunların fonunda milli şüurun formalaşmasına müstəsna əmək sərf edirdi. Esmira xanım isə yaradıcılığında bu çalarları ustalıqla göstərir. Belə yanaşma tərzi yubilyarın məxsusi dəst-xəttindən xəbər verir.
Sona Vəliyeva Esmira Cavadovaya “Kaspi” qəzetinin diplomunu təqdim edib.
Tədbirdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu, Bakı Dövlət Universitetinin professoru İzzət Rüstəmov, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Azadə Musayeva, həmin institutun şöbə müdiri Paşa Kərimov, zərdabişünas alim Eldəniz Həsənov və başqaları çıxış edərək yubilyarın yaradıcılığından söz açıb, onun elmi fəaliyyətinin spesifik məqamlarına nəzər salıblar. Bildirilib ki, Esmira Cavadovanın “Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti” mövzusunda namizədlik dissertasiyası görkəmli mütəfəkkirin yaradıcılığına həsr edilən və etnoqrafik səpgidə yazılan ilk tədqiqat işi olub. O, Həsən bəy Zərdabi haqqında silsilə məqalələrin və “Həsən bəy Zərdabinin etnoqrafik görüşləri”, “Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti” kimi kitabların müəllifidir.
Sonda çıxış edən yubilyar haqqında deyilən xoş sözlərə və yaradıcılığına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

