Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
14.12.2017 [10:06]
“Kaspi” Liseyində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Dekabrın 12-də “Kaspi” Liseyində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “O, Heydər Əliyev idi!” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra çıxış edən Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva anım günündə Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzolunmaz fəaliyyətinin xatırlandığını diqqətə çatdırıb, Ulu öndərin Azərbaycanın xilaskarı olduğunu bildirib. Qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdi.
Çıxışında Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anları, həyata keçirdiyi çoxsaylı işlər barədə də danışan Sona Vəliyeva Ulu öndərin daim qəlblərdə yaşayacağını vurğulayıb: “Azərbaycanda Heydər Əliyev ideyaları bu gün də yaşayır. Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz gündən-günə güclənir, müstəqilliyimiz daha da möhkəmlənir”.
“Kaspi” liseylərinın də məhz Ulu öndərin ideyalarının davam etdirilməsi üçün yaradıldığını bildirən Sona Vəliyeva Ümummilli lider Heydər Əliyevin hər zaman təhsilə xüsusi diqqət və qayğı göstərdiyini deyib. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev həm də gənclərin böyük hamisi idi və sağlam gəncliyin formalaşmasına, elmin, təhsilin inkişafına xüsusi diqqət yetirirdi. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin altında Heydər Əliyev şəxsiyyətinin imzası var. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli liderimizin ideyaları əsasında inkişaf edir və gələcəyə doğru əmin addımlarla irəliləyir.
Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri misilsizdir: “Bütün həyatını Vətəninə, xalqına həsr etmiş Ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti tariximizdə dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı daim bu böyük məktəbdən, Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq”.
Vüqar Rəhimzadə əlavə edib ki, Ulu öndər Heydər Əliyev Öz parlaq zəkası və istedadı sayəsində müasir, müstəqil, qüdrətli Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirmişdir.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev ən yeni tariximizdə, Azərbaycanın dövlətçilik tarixində mühüm siyasi eranın yaradıcısıdır: “Ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alan, ölkəmizdə ümummilli həmrəyliyi təmin edən, müasir inkişafımızın hüquqi-siyasi və iqtisadi əsaslarını yaradan azərbaycançılıq ideologiyasının banisidir”.
Tədbirdə həmçinin Kaspi Xor kollektivinin ifasında “Ulu öndər” mahnısı səsləndirilib, liseyin dram dərnəyinin şagirdlərinin ifasında isə 90-cı illərin acınacaqlı günlərini əks etdirən kiçik bir səhnəcik nümayiş etdirilib.
Tədbirin sonunda çıxış edən liseyin direktoru Tural Əliyev qonaqlara öz təşəkkürünü bildirib, lisey adından onlara xatirə hədiyyəsi təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

