“Azərxalça” ASC-nin Quba filialının ilk məhsulu satışa hazırdır
13.01.2018 [01:12]
Ötən il dekabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə açılan “Azərxalça” ASC-nin Quba filialının ilk məhsulu satışa hazırdır. Artıq müəssisədə toxunan xalçaların kəsiminə başlanılıb.
Filialın direktoru Nəzakət Novruzova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müəssisə yanvar ayının sonuna kimi 30 kvadratmetrə yaxın xalça təhvil verəcək. Hazır olan nümunələr Quba, Şirvan və Qarabağ çeşniləri əsasında toxunan xalçalardır. Üzərlərində çeşnilərin adı və “Azərbaycan” yazısı qeyd olunur. Bu da qədim sənətkarlıq nümunələrinin müəllif hüququnun qorunmasına, eyni zamanda, Azərbaycan incəsənətinin dünyaya tanıdılmasına xidmət edir.
Nəzakət Novruzova qeyd edib ki, hazırda müəssisədə 100-ə yaxın işçi çalışsa da, iş üçün müraciət edən toxucuların sayı kifayət qədərdir. “Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bildirdi ki, 2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar olacaq. On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır. Prezidentimizin dediyi bu faktlar bizi sevindirir və işimizə məsuliyyətlə yanaşmağa sövq edir. Çalışırıq işçilərin sayını daha da artıraq”, - deyə filial müdiri vurğulayıb.
Filialdakı xalçaçılar Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Bu barədə danışan Nəzakət Novruzova bildirib ki, onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər: “Tədris-hazırlıq kursu bu gün də fəaliyyətini davam etdirir. Bu kursların məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alırlar. Yeni işçilərin cəlb olunması daha çox xalçanın toxunmasına imkan yaradacaq. Planlarımız çoxdur. İşə çox həvəslə başlamışıq. Quba zonası ənənəvi xalçaçılıq zonasıdır. Burada xalçaçılığa maraq çox yüksəkdir”.
“Azərxalça” ASC-nin Quba filialında yanvarın 20-dək xalça kəsiminin ilk mərhələsi başa çatacaq. Hazır xalçalar “Azərxalça” ASC-yə təhvil veriləcək. Həmin xalçalar xarici ölkələrdə keçirilən beynəlxalq satış sərgilərində alıcılara təqdim olunacaq. Bununla yanaşı, filialın xalça-satış salonunda da “Azərxalça” ASC-də toxunan xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.
Qeyd edək ki, “Azərxalça” ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 160 nəfərdən çox işçinin çalışması nəzərdə tutulub. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

