Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bayıl sürüşmə zonasında tikililərin gələcək taleyi hüquqi müstəvidə həll olunacaq

Bayıl sürüşmə zonasında tikililərin gələcək taleyi hüquqi müstəvidə həll olunacaq

30.01.2018 [09:54]

Son bir neçə gün ərzində müxtəlif KİV-lərdə Səbail rayonu Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı bir-birinə əks, həqiqətə uyğun olmayan xəbərlər yayımlanır, sürüşmə hadisəsinin yamacda aparılan tıkintilər və s. ilə əlaqələndirilir.
Bununla bağlı Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib. Müəyyən olunub ki, burada tikilmiş evlərin 89,9 faizi məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25 faizi ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalnız 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq mühafizə orqanlarına təqdim olunub və araşdırılır.
Bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri 1 gecə ərzində, əsas etibarilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa olunub, möhkəm özülü, dayağı olmayan, birmərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir.
Sürüşmə ilə bağlı araşdırmalara cəlb olunmuş xarici mütəxəssislərin verdiyi ilkin rəyə görə, burada baş verən proseslər xarici deyil, daxili tektonik proseslər olaraq, aktiv fazanın ilkin hissəsidir. Proseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaq.
“Ərazidə inşa olunmuş tikililərin böyük hissəsinin birmərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli binanın tikintisinin 5-6 kilometr kənarda, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amilin təsiri sualını aradan qaldırır.
Hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi hüquqi müstəvidə həll olunacaq”, - deyə məlumatda bildirilir.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31