Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 2017-ci ildə Yevlax rayonunda ümumi məhsul buraxılışının həcmi 658,4 milyon manat olub

2017-ci ildə Yevlax rayonunda ümumi məhsul buraxılışının həcmi 658,4 milyon manat olub

08.02.2018 [10:00]

Yevlax rayonunda 2017-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov bildirib ki, hesabat dövründə tikinti, quruculuq və abadlıq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilib.
Diqqətə çatdırılıb ki, 2017-ci ildə Yevlax rayonunda ümumi məhsul buraxılışının həcmi 658,4 milyon manat olub. Bu, 2016-cı ilin eyni dövrünə nisbətən 118,1 milyon manat və yaxud 21,9 faiz çoxdur. Ümumi məhsulun 9,5 milyon manatını sənaye, 85,7 milyon manatını kənd təsərrüfatı, 78 milyon manatını tikinti təşkil edib. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 103 milyon 431 min manat olub. Adambaşına 5171 manat ümumi məhsul istehsal edilib ki, bu da 2016-cı ilə nisbətən 907 manat və yaxud 21,3 faiz çoxdur. İl ərzində 1376-sı daimi olmaqla, 2241 nəfər işlə təmin edilib.
Hesabat ilində İqtisadiyyat Nazirliyinin Aran regional İnkişaf mərkəzinin binası, Salahlı-Balçılı-Ağqırax-Varvara-Cırdaxan-Yevlax şəhərinə giriş kəndlərarası avtomobil yolu, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir-Aran qəsəbəsi hissəsi istifadəyə verilib. Varvara Balıqartırma və Yetişdirmə Zavodu, Varvara Su Elektrik Stansiyası və Kür çayı üzərində uzunluğu 262 metr olan dəmiryol körpüsü yenidən qurulub. Malbinəsi kənd avtomobil yolu, Aşağı Qarxun və Nemətabad kənd körpələr evi-uşaq bağçaları təmir edilib.
Qeyd olunub ki, hazırda qəzalı vəziyyətdə olan 10 ədəd barak binada yaşayan 45 ailənin mənzil şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə yaşayış binasının tikintisi aparılır. Kür çayı sahilində 5 ulduzlu hotelin, 12 saylı Ərazi Vergilər Departamentinin Aran qəsəbəsində ailə sağlamlıq mərkəzinin binalarının inşası davam etdirilir.
Yığıncaqda aqrar sahədə əldə edilən uğurlardan da bəhs olunub. Diqqətə çatdırılıb ki, 2017-ci ildə 3417 ton pambıq, 5,6 ton barama istehsal edilib. Baramaçılığın inkişafı məqsədi ilə 53 min tut tingi əkilib. Cari ildə pambıq əkininin 2500 hektara, barama istehsalının 10 tona çatdırılması nəzərdə tutulur. 2017-ci ildə həmçinin 10 hektarda fındıq bağı salınıb.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Yevlax rayonu ərazisində torpaqların münbitliyinin artırılması sahəsində kompleks tədbirlər həyata keçirilir. Rayonun 39 min 849 hektarında suvarma və drenaj şəbəkələri üzrə təmir-bərpa işləri aparılır.
O da bildirilib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq pambıq, taxıl istehsalının artırılması və digər bitkiçilik sahələrinin inkişaf etdirilməsi üçün Yevlax rayonunun Aran qəsəbəsi ərazisində 4000 hektar sahədə “Yevlax Aqropark” MMC yaradılıb. Aqroparkın ərazisində pivot suvarma sistemlərinin quraşdırılması və müasir tələblərə cavab verən 3000 başlıq cins mal-qara kompleksinin tikintisi üçün layihə işləri aparılıb. Gələcəkdə aqroparkın ərazisində 300 hektar pambıq, 600 hektar buğda, 300 hektar arpa, 400 hektar qarğıdalı, 480 hektar soya, 300 hektar günəbaxan, 80 hektar şəkər çuğunduru, 700 hektar yonca, 20 hektar meyvə bağı və 20 hektar bostan bitkiləri əkilməsi nəzərdə tutulur.
Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsil, mədəniyyət sahələrində görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Prezident Administrasiyasının məsul əməkdaşı Vəfadar Bağırov yığıncaqda çıxış edərək, 2017-ci ildə respublikada sosial-iqtisadi sahədə görülən işlərdən, əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.
NADİR

Paylaş:
Baxılıb: 617 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31