/ / Seçki subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsində ixtisaslaşdırılmış kursların önəmli rolu var
Seçki subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsində ixtisaslaşdırılmış kursların önəmli rolu var
20.02.2018 [10:18]
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihə çərçivəsində fevralın 19-da 26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar başlayıb.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Hacı Əliyev kursların açılışında çıxış edərək MSK tərəfindən təşkil olunan kursların mühüm əhəmiyyətini vurğulayıb. DSK sədri tədbirdə iştirak edən MSK-nın üzvlərindən Şaitdin Əliyevin 70 illik yubileyi münasibətilə Prezidentin Sərəncamına əsasən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə təbriklərini çatdırıb.
Hacı Əliyev 26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasında ölkəmizdə prezident seçkiləri ilə bağlı hazırlıq işlərindən danışıb. Bildirib ki, 50 min 435 seçicisi olan dairə seçki komissiyasının ərazisində 37 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçki məntəqələrində komissiya üzvlərinin normal fəaliyyəti üçün hər cür şərait yaradılır.
MSK-nın üzvü Şaitdin Əliyev seçki hüququnun daha geniş təbliği, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərin və MSK-nın yeni tərtib etdiyi Qaydaların öyrənilməsi məqsədilə geniş maarifləndirmə işinin təşkilinin önəmini vurğulayıb. Belə kursların ənənəvi olaraq təşkil edildiyini diqqətə çatdıran MSK üzvü deyib ki, Azərbaycanda seçki qanunvericiliyi daim təkmilləşdirildiyindən belə kursların da intensiv təşkilinə böyük ehtiyac yaranır. Artıq 12 namizədin MSK-da qeydiyyatdan keçdiyini deyən Ş.Əliyev seçki komissiyalarının subyektləri arasında əlaqələrin daha da gücləndirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi baxımından kursların vacibliyini qeyd edib. MSK-nın tərtib etdiyi yeni Qaydaların dairə seçki komissiyalarına göndərildiyini vurğulayan Ş.Əliyev Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
MSK-nın üzvü Tofiq Həsənov iştirakçılara səsvermə prosesində yerli və beynəlxalq müşahidəçilərin, KİV nümayəndələrinin fəaliyyətinə şərait yaradılması və s. mühüm məsələlər barədə ətraflı məlumat verib. T.Həsənov bildirib ki, respublikamızda azad, şəffaf və ədalətli seçkilərin uğurlu təşkili üçün lazımi şərait yaradılıb. Azərbaycan Respublikasının qanunvericiliyində seçkilərdə aktiv və passiv iştirakla bağlı bütün hüquqlar tam təmin olunub. Seçkilərdə məntəqə seçki komissiyalarının sədrlərinin də üzərinə mühüm və məsuliyyətli vəzifə düşdüyünü qeyd edən MSK üzvü bu baxımdan onların tam hazırlıqlı olmasının vacibliyini diqqətə çatdırıb.
Kursun birinci günündə seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın təşkilinə şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri barədə məlumat verilib.
İxtisaslaşdırılmış kurslar çərçivəsində keçirilən seminarlarda, həmçinin referenduma hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən də ətraflı danışılıb.
Fevralın 21-dək davam edəcək kurslar 27 saylı Sabunçu ikinci və 28 saylı Sabunçu üçüncü seçki dairələri dairə seçki komissiyalarında da keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30

