/ / DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun rəhbər orqanlarının tərkibi formalaşdırılıb
DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun rəhbər orqanlarının tərkibi formalaşdırılıb
03.03.2018 [01:07]
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdində yaradılmış Velosiped idman klubunun (VİK) fəaliyyətinin təşkili və klubun idarəetmə orqanlarının formalaşdırılması məqsədilə Akademiyanın idmançı əməkdaşlarının, idman ictimaiyyətinin və fəallarının konfransı keçirilib.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfransda vergilər nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) birinci vitse-prezidenti Sahib Ələkbərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, velosiped idman növü üzrə veteran Əli Xəlfəyev, AVİF-in üzvləri, DTX-nin rəhbər əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Konfransda ölkəmizdə velosiped idman növünün inkişaf tarixi və keçdiyi yola nəzər salınıb, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində DTX-nin təlim-tədris və maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, əməkdaşların əməliyyat-döyüş və fiziki hazırlığının yüksəldilməsinə də xüsusi diqqət yetirildiyi qeyd olunub. Həmçinin DTX-də şəxsi heyətin idmanla məşğul olması və fiziki sağlamlığının möhkəmləndirilməsi üçün hər cür şəraitin yaradıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, Velosiped idman klubu DTX əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan maraq nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilib. Ötən il dekabrın 24-də isə VİK-in əsasnaməsi təsdiq edilib, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində idman təşkilatı kimi qeydiyyata alınıb.
Səs hüquqlu nümayəndələrin əksəriyyətinin iştirak etdiyi konfransda gizli səsvermə yolu ilə VİK-in idarə heyətinin və təftiş komissiyasının üzvləri seçiliblər.
İdarə heyətinin ilk iclasında dəfələrlə velosiped idmanı üzrə respublika çempionu olmuş, idman ustası Vüqar Salahov səs çoxluğu ilə VİK-in idarə heyətinin sədri seçilib. Həmçinin klubun emblemi, döş nişanı, üzvlük vəsiqəsi, eləcə də təltifləri haqqında əsasnamələr və təsvirləri açıq səsvermə yolu ilə təsdiqlənib.
Əli Xəlfəyev, Sahib Ələkbərov, İsmayıl İsmayılov, Raqif Abbasov çıxışlarında konfransın işinin yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.
Natiqlər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gündən-günə qüdrətlənən müasir Azərbaycanda idmanın inkişafına göstərilən hərtərəfli diqqət və qayğı sayəsində ölkəmizin qazandığı idman şöhrətindən danışıblar. Qeyd olunub ki, Azərbaycanın yüksək idman nailiyyətlərinin əldə edilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri var. Bu misilsiz zəhmət qədirbilən xalqımız tərəfindən hədsiz coşqu və böyük rəğbətlə qarşılanır.
Çıxış edənlər Azərbaycanın daim öz idmançılarının uğurları ilə fəxr etdiyini, bütün qələbələrin təməlində Vətən sevgisinin, vətəndaş-dövlət birliyinin, xalq-iqtidar həmrəyliyinin durduğunu və bunun idman zəfərlərinə aparan başlıca amil olduğunu vurğulayıblar. Qeyd olunub ki, hər sahədə uğurlara doğru cəsarətlə və qətiyyətlə addımlayan müstəqil Azərbaycanın bütün idmançıları, o cümlədən DTX-nin əməkdaşları olan idmançılar, habelə VİK-in üzvləri bundan sonra da yüksək nəticələr əldə edərək, ölkəmizin idman nüfuzunun yüksəldilməsinə layiqli töhfələr verəcəklər.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35

