/ / AMEA Gəncə Bölməsində keçirilən beynəlxalq muğam simpoziumunda bu sahəyə aid ən son araşdırmalar dinlənilib
AMEA Gəncə Bölməsində keçirilən beynəlxalq muğam simpoziumunda bu sahəyə aid ən son araşdırmalar dinlənilib
10.03.2018 [01:01]
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 9-da AMEA-nın Gəncə bölməsində “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpoziumun bir bölməsi öz işinə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, simpoziumda Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Macarıstan, Kanada, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan, Hindistan, İsrail və digər ölkələrdən olan nümayəndələr, eləcə də respublikamızın görkəmli muğamşünas və musiqişünas alimləri iştirak ediblər.
Tədbiri açan AMEA-nın Humanitar elmlər bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, Gəncə qədim Şərqin, o cümlədən Azərbaycanın böyük elm-mədəniyyət və incəsənət mərkəzi olub, bu şəhərdə həm də çoxsaylı ədiblər, musiqiçilər, xanəndə və sazəndələr şöhrət tapıb. “Nizami Gəncəvi “Xəmsə”yə daxil olan ilk poeması “Sirlər Xəzinəsi”ndə özünün şairlik istedadını vəsf edərkən qeyd edib ki, indi Şərqin bütün saraylarında xanəndələr onun qəzəllərinə muğam oxuyurlar. Dahi şair sonrakı əsərlərində, xüsusən “Yeddi gözəl” poemasında Xavərnək qəsri haqqında danışarkən sasani şahənşahı Bəhram Guru dünyanın yeddi iqlimindən gətirilmiş gözəllər arasında musiqi məclisində təsvir edib və şair orada çalınan nəfəsli, simli, zərb alətlərinin adlarını çəkib. Beləliklə, Nizami Gəncəvinin “Xəmsə”sində o dövrdə Azərbaycanda ifa olunan 40-dan artıq musiqi alətinin adı hallanıb. Azərbaycanın ilk qadın şairi Məhsəti Gəncəvi isə öz dövrünün elmli-savadlı, filosof xanımı olmaqla yanaşı, həm də bir çox musiqi alətləri - çəng, ud, ney və rübabda mükəmməl ifa etməyi bacarıb”, - deyə T.Kərimli qeyd edib.
Simpoziumu beynəlxalq festivalın ayrılmaz hissəsi kimi xarakterizə edən alim muğamı dünyada tanıtmaq üçün bu cür tədbirlərin əhəmiyyətindən də söz açıb.
Qeyd edilib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ardıcıl dəstəyi ilə Azərbaycan muğamı dünya yaddaşı reyestrinə daxil edilib və bəşər mədəniyyətinin tərkib hissəsinə çevrilib. Məhz Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən yerli və beynəlxalq layihələr nəticəsində Azərbaycan muğamı dünyada şifahi xalq yaradıcılığı nümunələri içərisində xüsusi yer tutub. Bununla da yalnız Azərbaycan musiqisi deyil, bütünlüklə Azərbaycanın tarixi mədəni irsi - ədəbiyyatı, incəsənəti və mədəniyyəti yüksək zirvələri fəth edib.
AMEA-nın Gəncə bölməsinin akademik-katibi Fuad Əliyev elmi mərkəzin yalnız şəhərin deyil, həm də respublikamızın bütün qərb bölgəsinə aid tarix, ədəbiyyat, incəsənət istiqamətində apardığı araşdırmalarından və bu sahədə əldə olunan nəticələrdən danışıb. Akademik Fuad Əliyev “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam simpoziumunun bir bölməsinin Nizami yurdunda keçirilməsini şəhərin elmi-mədəni inkişafına və bu sahədə həyata keçirilən işlərə böyük töhfə olacağını deyib.
Sonra simpoziumda çıxış edən alimlərin, musiqişünas və muğamşünasların elmi məruzələri dinlənilib.
Simpoziumda Macarıstan Elmlər Akademiyasının Musiqişünaslıq İnstitutunun professoru Yanoş Şipoş Azərbaycan xalq musiqisi və onun macar ilə Anadolu bağlantıları mövzusunda təqdimatla çıxış edib.
Daha sonra AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor Nailə Rəhimbəylinin, Türkdilli ölkələrin Musiqi qrupları şurasının üzvü, Niderlanddan olan tədqiqatçı Quzel Sayfullinanın, AMEA-nın müxbir üzvü, Fəlsəfə İnstitutunun əməkdaşı Könül Bünyadzadənin, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun dosenti Əfsanə Babayevanın və Azərbaycan Milli Konservatoriyasının dosenti Fəxrəddin Baxşəliyevin çıxışları dinlənilib.
Çıxışlarda Azərbaycan xalq musiqisinin janr tərkibindən, milli musiqi təfəkkürünün müxtəlif istiqamətlərindən danışılıb, xalq musiqi yaradıcılığının peşəkar və qeyri-peşəkar istiqamətləri, xalq mahnıları, aşıq havaları və muğamların formalaşma mərhələləri, digər musiqi janrlarının muğam sənətindəki yeri, muğamda improvizasiyalar və instrumental ifaçılıq, eləcə də bu sahəyə aid çoxsaylı elmi araşdırmaların ən son nəticələri diqqətə çatdırılıb.
AMEA Gəncə Bölməsində keçirilən beynəlxalq muğam simpoziumunda bu sahəyə aid ən son araşdırmalar dinlənilibHeydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 9-da AMEA-nın Gəncə bölməsində “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpoziumun bir bölməsi öz işinə başlayıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, simpoziumda Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Macarıstan, Kanada, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan, Hindistan, İsrail və digər ölkələrdən olan nümayəndələr, eləcə də respublikamızın görkəmli muğamşünas və musiqişünas alimləri iştirak ediblər.Tədbiri açan AMEA-nın Humanitar elmlər bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, Gəncə qədim Şərqin, o cümlədən Azərbaycanın böyük elm-mədəniyyət və incəsənət mərkəzi olub, bu şəhərdə həm də çoxsaylı ədiblər, musiqiçilər, xanəndə və sazəndələr şöhrət tapıb. “Nizami Gəncəvi “Xəmsə”yə daxil olan ilk poeması “Sirlər Xəzinəsi”ndə özünün şairlik istedadını vəsf edərkən qeyd edib ki, indi Şərqin bütün saraylarında xanəndələr onun qəzəllərinə muğam oxuyurlar. Dahi şair sonrakı əsərlərində, xüsusən “Yeddi gözəl” poemasında Xavərnək qəsri haqqında danışarkən sasani şahənşahı Bəhram Guru dünyanın yeddi iqlimindən gətirilmiş gözəllər arasında musiqi məclisində təsvir edib və şair orada çalınan nəfəsli, simli, zərb alətlərinin adlarını çəkib. Beləliklə, Nizami Gəncəvinin “Xəmsə”sində o dövrdə Azərbaycanda ifa olunan 40-dan artıq musiqi alətinin adı hallanıb. Azərbaycanın ilk qadın şairi Məhsəti Gəncəvi isə öz dövrünün elmli-savadlı, filosof xanımı olmaqla yanaşı, həm də bir çox musiqi alətləri - çəng, ud, ney və rübabda mükəmməl ifa etməyi bacarıb”, - deyə T.Kərimli qeyd edib.Simpoziumu beynəlxalq festivalın ayrılmaz hissəsi kimi xarakterizə edən alim muğamı dünyada tanıtmaq üçün bu cür tədbirlərin əhəmiyyətindən də söz açıb.Qeyd edilib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ardıcıl dəstəyi ilə Azərbaycan muğamı dünya yaddaşı reyestrinə daxil edilib və bəşər mədəniyyətinin tərkib hissəsinə çevrilib. Məhz Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən yerli və beynəlxalq layihələr nəticəsində Azərbaycan muğamı dünyada şifahi xalq yaradıcılığı nümunələri içərisində xüsusi yer tutub. Bununla da yalnız Azərbaycan musiqisi deyil, bütünlüklə Azərbaycanın tarixi mədəni irsi - ədəbiyyatı, incəsənəti və mədəniyyəti yüksək zirvələri fəth edib.AMEA-nın Gəncə bölməsinin akademik-katibi Fuad Əliyev elmi mərkəzin yalnız şəhərin deyil, həm də respublikamızın bütün qərb bölgəsinə aid tarix, ədəbiyyat, incəsənət istiqamətində apardığı araşdırmalarından və bu sahədə əldə olunan nəticələrdən danışıb. Akademik Fuad Əliyev “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam simpoziumunun bir bölməsinin Nizami yurdunda keçirilməsini şəhərin elmi-mədəni inkişafına və bu sahədə həyata keçirilən işlərə böyük töhfə olacağını deyib.Sonra simpoziumda çıxış edən alimlərin, musiqişünas və muğamşünasların elmi məruzələri dinlənilib.Simpoziumda Macarıstan Elmlər Akademiyasının Musiqişünaslıq İnstitutunun professoru Yanoş Şipoş Azərbaycan xalq musiqisi və onun macar ilə Anadolu bağlantıları mövzusunda təqdimatla çıxış edib.Daha sonra AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor Nailə Rəhimbəylinin, Türkdilli ölkələrin Musiqi qrupları şurasının üzvü, Niderlanddan olan tədqiqatçı Quzel Sayfullinanın, AMEA-nın müxbir üzvü, Fəlsəfə İnstitutunun əməkdaşı Könül Bünyadzadənin, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun dosenti Əfsanə Babayevanın və Azərbaycan Milli Konservatoriyasının dosenti Fəxrəddin Baxşəliyevin çıxışları dinlənilib.Çıxışlarda Azərbaycan xalq musiqisinin janr tərkibindən, milli musiqi təfəkkürünün müxtəlif istiqamətlərindən danışılıb, xalq musiqi yaradıcılığının peşəkar və qeyri-peşəkar istiqamətləri, xalq mahnıları, aşıq havaları və muğamların formalaşma mərhələləri, digər musiqi janrlarının muğam sənətindəki yeri, muğamda improvizasiyalar və instrumental ifaçılıq, eləcə də bu sahəyə aid çoxsaylı elmi araşdırmaların ən son nəticələri diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

