Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı indoneziyalı jurnalisti qəbul edib

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı indoneziyalı jurnalisti qəbul edib

11.04.2018 [11:18]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 10-da İndoneziyanın “Trans 7” telekanalının prodüseri Nadria Fitrianı qəbul edib.
Görüş zamanı Dövlət Komitəsinin sədri Azərbaycanda olan dini tolerantlıq mühiti, milli-mənəvi dəyərlərə qayğı və dövlətin bu istiqamətdə yürütdüyü siyasət barədə sualları cavablandırıb. Azərbaycanın multikultural mühiti barədə jurnalisti məlumatlandıran Mübariz Qurbanlı ölkəmizdə bütün dini konfessiyalar, icmalar və müxtəlif xalqların nümayəndələri üçün hər cür şəraitin yaradıldığını, onların bərabər hüquqlarının təmin olunduğunu diqqətə çatdırıb. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayan Dövlət Komitəsinin sədri Azərbaycanın müsəlman ölkələri arasında İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində verdiyi töhfələr barədə də danışıb.
Ölkəsində yayımlanan “Jazirah İslam” verilişinin çəkilişi üçün Azərbaycanda səfərdə olduğunu bildirən jurnalist burada qarşılaşdıqları qonaqpərvərliyə və səmimi münasibətə heyran qaldıqlarını bildirib. Veriliş barədə məlumat verən qonaq orada Azərbaycanda tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunması, dinə dövlət qayğısı, tolerantlıq mühitinin öz əksini tapacağını bildirib.

Paylaş:
Baxılıb: 453 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31