“Bakcell” əlilliyi olan uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir
21.04.2018 [09:56]
“Bakcell” Stars” KSM proqramı vasitəsilə minlərlə uşaq üçün bərabər hüquqlar təmin edilib
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinə dəstək göstərir. “Qlobal məqsədlər” verilişinin növbəti buraxılışında dayanıqlı inkişaf məqsədlərinə nail olmaq işində inklüziv təhsilin rolu müzakirə ediləcək.
Bütün uşaqlar kimi, əlilliyi olan uşaqların da öz bacarıqlarını inkişaf etdirmək və arzularını reallaşdırmaq üçün keyfiyyətli təhsilə ehtiyacları var. Əlilliyi olan uşaqların cəmiyyətə töhfə verə biləcəyi bir çox sahə var və inklüziv təhsil bu potensialı ortaya çıxarmaqda açar rolunu oynayır. Lakin bütün dünyada əlilliyi olan uşaqlar məktəbdən və diqqətdən kənarda qalma ehtimalı ən yüksək olan insanlar arasındadır. İnklüziv təhsil sistemləri isə uşaqlara məktəbə getmək və öyrənmək üçün bərabər şans verir ki, bu da onların öz təhsil hüquqlarını və tam potensiallarını reallaşdırmasına imkan verir.
Bu həftənin qonaqları UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təhsil üzrə mütəxəssisi Leyla Həsənova, Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların müdafiəsi idarəsi xüsusi təhsil şöbəsinin müdiri Anar Xələfov və 138 saylı məktəbin direktoru Mirfaiq Mirheydərlidir.
Veriliş “ASAN Radio”da 23 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedəcək. Verilişin təkrarı 25 aprel (saat 11:05-də) və 27 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.
“Qlobal məqsədlər” radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.
Aprel ayı ərzində “Bakcell” şirkətinin dəstəyilə “ASAN Radio”da (100FM) 5 veriliş efirə veriləcək.
Özünün “Bakcell” Stars” Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində “Bakcell” şirkəti əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrə dəstək göstərir. Bu layihələrin bir hissəsi uşaq inkişaf mərkəzləri və inklüziv təhsil müəssisələrini xüsusi olaraq əlilliyi olan uşaqlar üçün hazırlanmış kompüter və digər avadanlıqlarla təmin edilməsini əhatə edib. Bu günə qədər “Bakcell” “SOS Uşaq Kəndləri”, “Save the Children” və “Azərbaycana Birgə Yardım” kimi təşkilatlarla birgə həyata keçirilmiş layihələr vasitəsilə minlərlə uşağa dəstək göstərib. “Bakcell” inanır ki, “Hər bir uşaq bir ulduzdur!” və bərabər hüquqlara malik olmağa layiqdir!
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51

