Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / IV Azərbaycan-alman-türk tibb konqresi çərçivəsində III Bakı Beynəlxalq Tibbi Təlim günləri keçirilir

IV Azərbaycan-alman-türk tibb konqresi çərçivəsində III Bakı Beynəlxalq Tibbi Təlim günləri keçirilir

01.05.2018 [09:20]

Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə IV Azərbaycan-alman-türk tibb konqresi öz işini davam edir.
AZƏRTAC xəbər verir ki, konqresə xarici ölkələrdən dəvət olunan 10 professor aprelin 27-də Milli Onkologiya Mərkəzinin qonağı olub. Mərkəzin baş direktoru, akademik Cəmil Əliyev onları salamlayaraq həkimlərin ixtisaslaşması üçün göstərdikləri səylərə görə minnətdarlığını bildirib, Azərbaycanda tibbin bütün sahələrində və xüsusən də onkologiya sahəsində əldə edilən uğurlardan danışıb.
Konqreslə eyni vaxtda III Bakı Beynəlxalq Tibbi Təlim günləri də keçirilir. Konqres öz işini treninqlərlə başlayıb və Azərbaycan, Almaniya, İsveçrə, Türkiyə və Rusiyadan olan professorların məruzələrini dinləməklə davam edib. Maraqlı müzakirə və diskussiyalar zamanı ölkəmizdən olan həkimlər xarici həmkarları ilə ondan artıq mövzu ətrafında elm və təcrübə mübadiləsi aparıb, müasir təbabətin aktual problemləri və onların qarşısının alınması üsullari ilə tanış olublar.
Bununla yanaşı, laparoskopik və ümumi cərrahiyyə, ginekologiya, ultrasəs diaqnostikası, endoskopiya, intensiv terapiya sahəsində yerli mütəxəssislər Avropadan və yaxın xarici ölkələrdən olan həmkarları ilə birlikdə 200-dən çox azərbaycanlı həkim öz sahəsində yeniliklərə yiyələnərək ən müasir modellər üzərində treninqlər icra edib, mürəkkəb prosedurların icra edilməsi texnikasını öyrəniblər.

Paylaş:
Baxılıb: 437 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31