/ / Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
03.05.2018 [09:39]
Mayın 2-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən mərasimdə çıxış edən Baş İdarənin rəisi Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və institusional islahatların maliyyə intizamının gücləndirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi və korrupsiyaya qarşı digər mübarizə tədbirləri ilə dəstəklənməsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Kamran Əliyev memorandumun imzalanmasının istər tərəflər arasında korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılması, istərsə də digər əməkdaşlıq istiqamətləri kontekstindən əvəzsiz rola malik olduğunu bildirib, bu sənədin cəmiyyətin və dövlətin maraqlarına xidmət edəcəyinə əminliyini bildirib.
Əhalinin sağlamlığının mühafizəsi və keyfiyyətli ərzaq tələbatının ödənilməsi baxımından mühüm strateji sahə olan qida sektorunda şəffaflığın təmin edilməsi üçün mövcud olan geniş hüquqi və institusional vasitələrin səmərəli tətbiqi imkanlarından danışan K.Əliyev bu mühüm sahədə korrupsiya hüquqpozmalarının aşkarlanmasına və araşdırılmasına dair tərəflərin birgə fəaliyyətinin qanunla müəyyənləşdirilmiş tələblər səviyyəsində qurulması üçün bütün zəruri tədbirlərin görüləcəyini qeyd edib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyət istiqamətləri, vəzifələri, gələcəkdə həyata keçiriləcək tədbirlər və əhalinin bu sahədə maarifləndirilməsi barədə məlumat verib. O, çıxışında ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlardan biri kimi əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılmasının sevindirici hal olduğunu vurğulayıb. Ölkədə həyata keçirilən mütərəqqi sosial-iqtisadi və hüquqi islahatlar çərçivəsində rəhbəri olduğu qurum qarşısında da olduqca mühüm vəzifələrin qoyulduğunu deyən Q.Təhməzli Agentlik tərəfindən qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı baş verə biləcək hər növ qanun pozuntularının qarşısının alınması yönündə baş idarə və eləcə də digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın bu sahənin inkişafına əvəzsiz töhfə verəcəyini diqqətə çatdırıb. O, birgə fəaliyyət istiqamətində əlaqələrin daha da genişləndirilməsi üçün bütün səylərin səfərbər ediləcəyini bildirib. Qeyd edib ki, memorandumun imzalanması Azərbaycanda sahibkarlığın inkişafına və iqtisadi islahatların həyata keçirilməsinə ciddi dəstək göstərəcək.
Tədbirdə məlumat verilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi yönündə reallaşdırılmış ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində son illər qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində mühüm nailiyyətlər qazanılıb, nəzarət sisteminin müasir tələblərə uyğunlaşdırılması üçün əlverişli hüquqi baza yaradılıb.
Görülmüş tədbirlərin davamı kimi, dövlətimizin başçısının “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanına əsasən, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması digər sahələr kimi bu sektorda da dövlət idarəçiliyinin təkmilləşdirilməsinə əlverişli zəmin yaratmaqla əhalinin sağlamlığının qorunması ilə bağlı insan və vətəndaş hüquqlarına dövlət təminatının etibarlılığını daha da gücləndirib.
Agentliyin digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığının qurulması çərçivəsində baş prokuror Zakir Qaralovun və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin bu ilin martında keçirilmiş görüşündə iki qurum arasında qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı korrupsiya hüquqpozmalarının müəyyən edilməsinə dair əməkdaşlığın təkmilləşdirilməsi və tədbirlərin genişləndirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb. Bununla bağlı mövcud olan milli fəaliyyət planlarının birgə icra edilməsi imkanları nəzərdən keçirilib, o cümlədən Agentlik ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında Anlaşma Memorandumunun imzalanmasına dair ilkin razılıq əldə olunub.
Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti haqqında videoçarx təqdim edilib.
İmzalanma mərasimindən sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17

