Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “UNEC-in inkişaf strategiyasının əsasını Ulu öndərin tövsiyələri təşkil edir”

“UNEC-in inkişaf strategiyasının əsasını Ulu öndərin tövsiyələri təşkil edir”

04.05.2018 [10:15]

Mayın 3-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan ali iqtisad təhsili” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu öndərin universitetdəki büstünün önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra onlar UNEC-in tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.
Dövlət himni səsləndirildikdən sonra UNEC-in rektoru, professor Ədalət Muradov təhsil sistemində aparılan islahatlar nəticəsində əldə olunan uğurlardan danışıb, konfransın mövzusunun aktuallığını qeyd edib. İqtisadçı kadrların hazırlanmasında UNEC-in rolunu vurğulayan rektor universitetin inkişaf strategiyasının əsasında Ulu öndərin tövsiyələrinin dayandığını diqqətə çatdırıb.
Qeyd olunub ki, UNEC Şimali Amerika və Qərbi Avropanın tanınmış universitetləri ilə bir sırada dayanmağı qarşısına məqsəd qoyub. Hazırda 20 minədək tələbə kontingenti olan bu ali təhsil ocağında orta müddətdə həmin rəqəmin 35 minə çatdırılması istiqamətində tədbirlər görülür. Rektor ali iqtisadi təhsil bazarında ədalətsiz rəqabət riski olduğunu diqqətə çatdırıb. O, bu rəqabəti təmin etmək üçün ali təhsil müəssisələrinə tədris standartlarının hazırlanmasında müstəqillik verilməsinin qaçılmaz olduğunu bildirib.
Ə.Muradov Böyük Britaniyanın “Quacqerelli Symonds” (“QS”) reytinqinə görə İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya universitetləri arasında sırf iqtisadyönümlü dördüncü universitet olan UNEC-in birinciliyi əldə etməyə iddialı olduğunu deyib. Rektor bu ali məktəbin dünyanın min ən yaxşı iqtisad universitetləri sırasına daxil olmağı da qarşısına məqsəd qoyduğunu bildirib.
Tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə iqtisad elminin Azərbaycanın inkişaf strategiyasındakı rolundan bəhs edib. Z.Səmədzadə ali iqtisad təhsilinin keyfiyyətinin artırılmasının Azərbaycan iqtisadiyyatının inkişafında ciddi rol oynayacağını deyib. İqtisad elminin Azərbaycanın inkişaf strategiyasında əhəmiyyətindən bəhs edən akademik iqtisadçı kadrların hazırlığında yeni tədris texnologiyalarının vacibliyini vurğulayıb, UNEC-in bu istiqamətdə uğurlu addımlar atdığını bildirib.
Regionların inkişafında yeni mərhələdən bəhs edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əli Nuriyev bu sahədə əldə olunan nailiyyət və pespektivlərdən danışıb. Regionların inkişafı ilə bağlı Dövlət proqramlarının həyata keçirildiyini deyən alim bu sahədə ali təhsilli iqtisadçı kadr hazırlığının əsas amillərdən olduğunu vurğulayıb.
UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov “Heydər Əliyev: Azərbaycan ali iqtisad təhsilinin dünəni, bu günü və sabahı” mövzusunda məruzə ilə çıxış edib. Ümummilli liderin Azərbaycanın ali iqtisad təhsilinin qarşısına qoyduğu vəzifələrdən danışan prorektor bu gün UNEC-də reallaşdırılan bütün yeniliklərin Ulu öndərin tövsiyələri əsasında həyata keçirildiyini qeyd edib.
Konfrans işini “Elm, təhsil və innovasiya formatına keçid problemləri”, “Ali təhsil sistemində islahatlar və problemlər” və “Ali təhsil sistemində iqtisad elmi: yeni çağırışlar və perspektivlər” mövzularında bölmə iclasları ilə davam etdirib. Alim və gənc tədqiqatçılar ali təhsil sistemində innovasiya və sahibkarlıq fəaliyyəti, beynəlxalq təcrübə və meyillər, tədrisin keyfiyyəti və əhatəliliyi problemləri mövzuları ətrafında çıxış ediblər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31