/ / Aytac Əliyeva: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xoşbəxt gələcəyə doğru inamla irəliləyir
Aytac Əliyeva: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xoşbəxt gələcəyə doğru inamla irəliləyir
09.05.2018 [17:12]
“Bu gün Azərbaycan cəmiyyətində 11 aprel prezident seçkilərinin nəticələri hələ də geniş müzakirə mövzusudur. Əlbəttə ki, bunun çox ciddi səbəbləri var. Xalqımız son 15 ildə həyata keçirilən inkişaf siyasətinin davamlı olması üçün cənab İlham Əliyevi yekdilliklə dəstəklədi, Onun rəhbərliyi ilə həyata keçirilən siyasətin Azərbaycanı parlaq gələcəyə - sabitliyə, inkişafa və firavanlığa apardığını əminliklə bəyan etdi. Bu, təsadüfi deyil, çünki ölkəmizin son 15 ildə əldə etdiyi möhtəşəm nailiyyətlərin müəllifi məhz Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevdir. Prezident İlham Əliyevin son 15 il ərzində xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri sırasında ölkəmizin dinamik inkişafının təmin olunması xüsusi yer tutur”. Bu fikirləri www.yap.org.az saytına Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva deyib.
A.Əliyeva bildirib ki, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi ən mühüm və tarixi nailiyyətlərdən biri məhz möhkəm əsaslara söykənən ictimai-siyasi sabitliyin təmin olunmasıdır. Azərbaycan vətəndaşları son 15 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün sabitlik adası kimi tanınır, demokratik inkişaf yolunda əmin addımlarla irəliləyir. Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun qeyd etdiyi kimi, Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində bir çox fundamental işlər görülüb, Azərbaycanda demokratik cəmiyyət və dövlət qurulub.
“Şübhəsiz ki, Azərbaycan bu gün müasirləşən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və Azərbaycanın strateji kursu olduqca yüksək qiymətləndirilir. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycanda müxtəlif xalqların, o cümlədən ayrı-ayrı etnik qrupların və dini konfessiyaların nümayəndələri birgə sülh, əmin-amanlıq, sabitlik, dostluq və həmrəylik şəraitində yaşayırlar. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu zamana qədər əldə edilən çoxsaylı nailiyyətlərin əsasında duran əhəmiyyətli amillərdən biri də məhz budur. Əlbəttə ki, xalq-iqtidar birliyi, vətəndaş həmrəyliyi olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz. Biz bu reallığı hazırda işğalçı Ermənistanda görürük. Bu ölkədə xalqla hakimiyyət arasında uçurum rejimin istefası ilə nəticələndi. Buna baxmayaraq, işğalçı ölkədə gərgin vəziyyətin nə ilə yekunlaşacağı sual altındadır. Çünki bütövlükdə Ermənistandakı dərin iqtisadi, sosial və siyasi böhranın kökündə işğalçılıq siyasəti dayanır. Azərbaycan isə bütövlükdə regionda sabitləşdirici faktor qismində çıxış edir. Qeyd olunanlara əsaslanaraq əminliklə ifadə etmək olar ki, xalqımız hər zaman dövlətimizin başçısının yanındadır və Onun milli maraqlarımızın qorunması işində qətiyyətli mövqeyini birmənalı olaraq dəstəkləyir”, - deyə YAP Gənclər Birliyinin sədr müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

