/ / Xarici iş adamlarının miqrasiya ilə bağlı məsələlərinin həllində şəffaflığın təmin edilməsi müzakirə olunub
Xarici iş adamlarının miqrasiya ilə bağlı məsələlərinin həllində şəffaflığın təmin edilməsi müzakirə olunub
03.07.2018 [09:39]
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) nümayəndə heyəti ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, tanışlıq xarakterli görüşün məqsədi ölkəmizdə yerli və xarici iş adamlarına yaradılan əlverişli şərait, onların Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafına dəstəyi və miqrasiya ilə bağlı məsələlərin həllində şəffaflığın təmin edilməsi barədə fikir mübadiləsi aparmaq olub.
V.Hüseynov bildirib ki, ölkəmizə səfər edən əcnəbilərin qeydiyyatı və yaşamaları ilə bağlı rahatlıqlarının təmin edilməsi, Azərbaycanın turizm baxımından cəlbediciliyinin artırılması və sahibkarlığın inkişafının dəstəklənməsi Xidmətin prioritetlərindəndir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər, qanunvericiliyin sadələşdirilməsi ilə bağlı görülən işlər barədə verilən məlumat TÜİB nümayəndə heyəti tərəfindən maraqla qarşılanıb.
DMX-nin rəisi vurğulayıb ki, hazırda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və ya yaşama, həmçinin iş icazələri qanunvericilikdə nəzərdə tutulan müvafiq əsaslara görə ləğv edilirsə, hər bir halda həmin şəxslər ölkədən çıxarılır və ölkəyə girişlərinə məhdudiyyət qoyulur. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəlişinin müəyyən müddətə məhdudlaşdırılması bir çox hallarda biznes sektorunun, sahibkarların işinə müəyyən çətinliklər yaradır. Qanunvericiliyə dəyişikliklərdə özəl sektorun inkişafı məqsədilə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda onların ölkəyə gəlməsinə qoyulmuş məhdudiyyətin götürülməsi nəzərdə tutulur.
Xidmət rəisi işəgötürənlərlə DMX-nin iş icazələri, əmək miqrasiyası kvotası, əcnəbi işçi qüvvəsindən istifadə edilməsi və sair məsələlərlə bağlı əməkdaşlığının genişləndirilməsi üçün bütün imkanların səfərbər edildiyini deyib.
TÜİB adından Hüseyn Büyükfırat və başqaları çıxış edərək bildiriblər ki, qurum sıralarında Azərbaycanda fəaliyyət göstərən çoxsaylı böyük şirkət və holdinqləri, eləcə də tanınmış iş adamlarını, sahibkarları birləşdirir. Qeyd olunub ki, TÜİB fəaliyyəti çərçivəsində rəqabət gücünü artırmağı, struktur islahatlarla dəstəklənən davamlı böyümə və ictimai problemlərin daim həllinin tapılmasını hədəfləyən işlərə üstünlük verir. TÜİB bu məqsədlərə nail olmaq üçün Azərbaycanın və Türkiyənin dövlət orqanları, eləcə də biznes təşkilatları ilə geniş əlaqələr yaradıb. DMX ilə qurulan əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49

