Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində əməkdaşlıq genişlənir
26.07.2018 [10:47]
Azərbaycan tərəfindən İslam və ərəb dünyası ilə əlaqələrə xüsusi əhəmiyyət verilərək, Səudiyyə Ərəbistanı Krallığı ilə hüquqi sahədə əməkdaşlıq genişləndirilir. İki ölkənin Ədliyyə nazirlikləri tərəfindən əlaqələrin gücləndirilməsi məqsədilə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması qərara alınıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar hazırlanmış memorandumun layihəsinin müzakirəsi və razılaşdırılması üçün Səudiyyə Ərəbistanı Krallığı ədliyyə nazirinin müavini Şeyx Dr. Əbdüləziz bin Abdullah Əl-Nasirin başçılıq etdiyi nümayəndə heyəti iyulun 23-25-də Azərbaycanda səfərdə olub.
Səfər zamanı Ədliyyə Nazirliyində memorandumun layihəsi üzərində məhsuldar müzakirələr keçirilib. Ədliyyə nazirinin müavini Azər Cəfərov ilə ədliyyə və məhkəmə sistemində islahatlara, bu sahədə əməkdaşlığın prioritetlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb. Sənəd təkmilləşdirilərək paraflanıb və müvafiq razılaşma protokolu imzalanıb.
Ədliyyə naziri Fikrət Məmmədov Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb.
Dövlətlərimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını vurğulayan nazir Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərlərinin bu əlaqələrin inkişafına mühüm təkan verdiyini, hüquqi sahədə əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu bildirib, sənədin tezliklə imzalanacağına əminliyini ifadə edib.
Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan qonaq respublikamızın hərtərəfli inkişafını təqdir edib, hüquqi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, Anlaşma Memorandumunun imzalanmasının qarşılıqlı fəaliyyətin dərinləşməsinə xidmət edəcəyini bildirib.
Nazir müavini Şeyx Dr. Əbdüləziz bin Abdullah Əl-Nasir ədliyyə və məhkəmə sahəsindəki islahatları təqdir edərək nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin və təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydasını vurğulayıb, Səudiyyə Ərəbistanı Krallığının ədliyyə nazirinin salamlarını çatdırıb.
Görüşdə, həmçinin dövlətlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd edilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri diqqətə çatdırılaraq bu münaqişənin həllində Səudiyyə Ərəbistanının ölkəmizin haqlı mövqeyini hər zaman dəstəklədiyi vurğulanıb.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar. Nümayəndə heyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı materialları əks etdirən əyani vəsaitlər və disklər təqdim edilib.
Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti Ali Məhkəmənin və Yasamal Rayon Məhkəməsinin müasir binaları, elektron məhkəmə sistemi, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi “ASAN xidmət”in fəaliyyəti, habelə Bakının müasir rəmzlərindən sayılan möhtəşəm Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50

