/ / Zaqatalanın tütün qəbulu məntəqəsinə hər gün fermerlərdən 60 tonadək yaşıl tütün kütləsi daxil olur
Zaqatalanın tütün qəbulu məntəqəsinə hər gün fermerlərdən 60 tonadək yaşıl tütün kütləsi daxil olur
18.08.2018 [09:13]
Tütünçülük respublikamızın şimal-qərb bölgəsi rayonlarının iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Hələ sovet dövründə Azərbaycanda istehsal olunan tütünün böyük hissəsi bu bölgənin payına düşürdü. Bu sahəyə maraq ildən-ilə azalsa da, Prezident İlham Əliyevin regionlarda iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin nəticəsi olaraq, son dövrlər bu rayonlarda tütünçülüyün inkişaf etdirilməsi istiqamətində böyük işlər görülüb.
Qeyd edək ki, respublikamızda tütünçülüyün inkişafında maraqlı olan “Azərtütün” MMC tərəfindən 2018-ci ildə respublikamızın şimal-qərb bölgəsi rayonlarında 2300 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib. Havaların tütünçülük üçün əlverişli keçməsi, həmçinin həyata keçirilən yüksək aqrotexniki tədbirlər nəticəsində bu il tütün sahələrində bol məhsul yetişib. Cari mövsümdə sahələrdən 20-23 min ton yaşıl tütün kütləsinin tədarük olunması və ya 3500 tona yaxın quru tütünün istehsal edilməsi proqnozlaşdırılır.
Hazırda təsərrüfatlarda tütün yığımının qızğın çağıdır. Cəmiyyətin Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə hər gün qurudulmaq üçün 150-200 tonadək yaşıl tütün kütləsi daxil olur.
AZƏRTAC-ın bölgə müxbiri yaşıl tütün yarpağının qəbulu və emalı prosesi ilə yaxından tanış olmaq məqsədi ilə Zaqatala tütün istehsalı və emalı məntəqəsinə baş çəkib.
Məntəqənin müdiri Mohuma Hüşənovun sözlərinə görə, bu il Zaqatala rayonunda 542,4 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib. İndiyədək məntəqəyə zaqatalalı fermerlər tərəfindən 1112 ton, balakənli tütünçülər tərəfindən isə 615 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, bu günədək müəssisədə 143 ton quru tütün istehsal edilib. Hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir.
Söhbət zamanı məlum olub ki, son günlərədək balakənli fermerlər də yetişdirdikləri yaşıl tütünü qurutmaq üçün bu məntəqəyə gətirirdilər. Balakən rayonunun Həhifə kəndində yeni emal məntəqəsi yaradıldıqdan sonra balakənli fermerlər yaşıl tütün kütləsini artıq həmin məntəqəyə təhvil verirlər.
Məntəqə müdiri bildirib ki, havaların əlverişli keçməsi tütün yığımını xeyli sürətləndirib. Hər gün məntəqəyə 50-60 tondan çox yaşıl tütün kütləsi daxil olur. Yaşıl tütünün bir kiloqramının satış qiyməti növündən asılı olaraq, 10-25 qəpik arasında dəyişir. Hazırda emal məntəqəsində 140 nəfərədək işçi çalışır. İşçilərin orta aylıq əməkhaqqı 300 manatdan başlayır.
Fermerlərlə söhbət zamanı onlar məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını vurğuladılar.
Qımır kəndindən olan fermer Hamlet Mustafayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən il 8,5 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib, sahələrdən 77 ton yaşıl tütün kütləsi toplayaraq məntəqəyə təhvil verib, yaxşı da qazanc əldə edib. Həmçinin ev şəraitində də 800 kiloqram quru tütün istehsal etməyə müvəffəq olub. Dövlətin bu sahəyə dəstəyindən, həmçinin ötən il əldə etdiyi gəlirdən ruhlanan fermer bu il əkin sahəsini daha da genişləndirərək 12 hektara çatdırıb. İstehsalçı bu il sahələrdən 150 tonadək yaşıl tütün kütləsi əldə etməyi qarşısına məqsəd qoyub. İndiyədək məntəqəyə 23 ton yaşıl tütün təhvil verən Hamlet Mustafayevin təsərrüfatında 12 nəfər mövsümi işlə təmin olunub.
Gözbarax kəndindən olan fermer Fazil Əhmədov da üç ildir tütünçülüklə məşğuldur. Fermerin sözlərinə görə, ötən il 4 hektarda tütün əkib, 47 ton yaşıl tütün əldə edib. Tütünçülüyün yüksək gəlirli sahə olduğunu nəzərə alaraq, o, bu il əkin sahəsini iki dəfədən çox genişləndirib. Fermer cari mövsümdə sahələrdən 150-200 ton yaşıl tütün tədarük etməyi planlaşdırır.
Rayonda tütün yığımı davam edir.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

