Azərbaycanda ilk dəfə Zərdab rayonunda yay baramasının təhvilinə başlanılıb
26.07.2019 [08:12]
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizin bütün bölgələri kimi, Zərdab rayonunda da xeyli iş görülüb. Son 10 ildə rayon üzrə istehsal olunmuş məhsul və xidmətlərin cəmi 3,2 dəfə artıb. Taxıl, pambıq, çəltik, şəkər çuğunduru və digər kənd təsərrüfatı məhsulları istehsalı sahəsində yüksək nəticələr əldə edilib.
Respublika Prezidentinin 2017-ci ilin 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nəticələr əldə edilib. 2016-cı ildə 5710 kq barama tədarük olunduğu halda 2019-cu ildə bu göstərici 11,4 dəfə artaraq 65 ton 321 kq-a çatıb, 4 minə yaxın əhali mövsümi işlə təmin edilib. Barama tədarükü sahəsində son üç ildə Zərdab rayonu respublika üzrə ən yüksək göstəricilərə nail olub.
Rayon ərazisində mövcud yem bazasını və kümçülərin bu sahəyə olan marağını nəzərə alaraq rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə Çin Xalq Respublikasından həmin ölkənin mütəxəssislərinin nəzarəti ilə 300 qutu baramaqurdu gətirilərək Qax Damazlıq Stansiyasında inkubasiya olunub, 26.06.2019-cu il tarixində rayona gətirilib.
Çin Xalq Respublikasından gəlmiş mütəxəssislər Li Qilyanqın, Su Tinqunun, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdovun, İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin, Aqrar elmlər üzrə fəlsəfə doktoru Qafar Məmmədovun iştirakı ilə rayon İcra Hakimiyyətində “Yay mövsümündə baramaqurdunun yemləməsinin xüsusiyyətləri” mövzusunda kümçülərlə görüş keçirilib, tədbirin sonunda 300 qutu baramaqurdu pulsuz olaraq onlara paylanılıb, bu işlərə min nəfərdən çox rayon sakini cəlb edilib.
Azərbaycanda ilk dəfə olaraq yay mövsümündə baramaqurdunun saxlanılması Zərdab rayonunda həyata keçirilib, hətta 32-35 dərəcə temperaturda belə yay yemləməsi uğurla başa çatıb. Bəzi kümçülərin baramaqurdunun yay yemləməsi 18-22-ci gün başa çatıb, ipəkqurdunun 70 faizi barama sarımağa başlayıb. İsaqbağı kəndində Şahvələd Bayramovun götürdüyü 19 qram baramaqurdunun yay yemləməsi 18-ci gün, Əlvənd kəndində Mənsur İbrahimovun götürdüyü 57 qram baramaqurdunun yay yemləməsi isə 22-ci gün başa çatıb və barama sarımağa başlayıb. Hər iki kümçü 22 iyul 2019-cu il tarixdə barama yığımına başlayıb. Rayon ərazisində belə kümçülərin sayı onlarladır.
Mütəxəssislərin ilkin proqnozlarına görə, ikinci mərhələdə rayon üzrə paylanılmış baramaqurdundan 10 tondan çox məhsul istehsalı gözlənilir. 24 iyul 2019-cu il tarixdən yay baramasının təhvilinə başlanılıb. Təhvilin ilk iki günündə 1 tondan çox barama tədarük edilib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

