Şəhərtipli müasir Badamlı qəsəbəsi
12.09.2019 [09:39]
Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilib
Ulu Öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi olan müasir Badamlı qəsəbəsində şəhər infrastrukturu yaradılıb. Aparılan quruculuq işləri qəsəbəni yeni inkişaf mərhələsinə çıxarıb. Qəsəbədə yerləşən yaşayış binalarının və avtomobil yolunun yenidən qurulması, xidmət mərkəzinin və zavodun inşası yeni iş yerlərinin açılmasına, sakinlərin məşğulluğunun və rahat yaşayışının təminatına hesablanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 11-də Şahbuz rayonunun Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, avtomobil yolunda və xidmət mərkəzində yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, əsaslı şəkildə yenidən qurulan 5,3 kilometrlik Badamlı qəsəbə avtomobil yoluna yeni asfalt örtük salınıb, yolun kənarlarında 3090 metr məsafədə beton su kanalı çəkilib. Yol boyunca 53 su keçidi tikilib, 2 körpü əsaslı təmir olunub. Yolun tikintisi zamanı çay yatağında sahilbərkitmə işləri aparılıb, 2400 metrlik qəsəbədaxili yollara isə qum-çınqıl qatı verilib.
Xidmət mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də çörək sexi yerləşir. Ərzaq mağazasında ailə təsərrüfatlarında istehsal olunan məhsulların, təsərrüfat malları mağazasında isə ailə təsərrüfatları üçün müxtəlif taraların satışı həyata keçirilir.
Çörək sexi istehsal sahəsi, mətbəx, anbar və texniki otaqlardan ibarətdir. Sahibkar Rövşən Abbasov çörək sexinin fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlıq edib.
Xidmət mərkəzində 10 nəfər işlə təmin olunub, həyətdə abadlıq işləri aparılıb.
Ali Məclisin Sədri xidmət mərkəzində əhalinin tələbatına uyğun məhsulların satışına üstünlük verilməsi barədə tapşırıqlar verib.
Sonra qəsəbə sakinləri ilə görüş olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov çıxış edərək deyib ki, muxtar respublikada geniş quruculuq işləri aparılır. Bu tədbirlərin tərkib hissəsi olaraq 2017-ci ildən Şahbuz rayonunun Badamlı qəsəbəsində də kompleks quruculuq işlərinə başlanılıb. Qəsəbə avtomobil yolu yenidən qurulub, xidmət mərkəzi tikilib, yaşayış binaları təmir olunub. Tikinti işlərinin aparılması üçün hərtərəfli şərait yaradılıb, keyfiyyətə diqqət artırılıb, inşaatçılar qayğı ilə əhatə olunublar. Hicran Rüstəmov göstərilən diqqətə görə inşaatçılar adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Badamlı qəsəbəsində görülən işlər münasibətilə sakinləri təbrik edib, əməyi olanlara təşəkkürünü bildirərək deyib: “Bu gün ölkəmizdə Ümummilli Liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız, şəhərlərimiz abadlaşır, əhalinin rahat yaşayışı təmin edilir. Şahbuz rayonunun Badamlı qəsəbəsi də abadlaşan yaşayış məntəqələrindəndir. Dövlət qayğısı nəticəsində ötən dövrdə qəsəbədə kompleks quruculuq işləri görülmüşdür. Məktəb və qəsəbə mərkəzi tikilmiş, mənzillər dayanıqlı təbii qaz, elektrik enerjisi və rabitə xidməti ilə təmin olunmuşdur. Bu gün isə qəsəbə yolu və xidmət mərkəzi istifadəyə verilir”.
Ali Məclisin Sədri deyib: “Ötən əsrin 90-cı illərinin ağır dövrü Badamlı qəsəbəsində də insanların rahatlığının pozulmasına səbəb olmuş, çətinliklər yaranmışdır. Məlum olduğu kimi, bu qəsəbə təbii sərvətimiz olan Badamlı suyuna görə tanınıb. 1945-ci ildən sonra Badamlı suyu istehsal olunmağa başlanıb. Keçmiş Sovetlər Birliyinin bütün respublikalarına Badamlı suyu göndərilmiş, bu su həm Badamlı qəsəbəsini və Şahbuz rayonunu, həm də Naxçıvan Muxtar Respublikasını və Azərbaycanı tanıtmışdır. Lakin ötən əsrin 90-cı illərindəki ağır günlər zavodun da fəaliyyətinin pozulmasına səbəb olmuşdu. Ötən dövrdə dövlətimizin qayğısı nəticəsində qəsəbənin inkişafı təmin edilmiş, Badamlı suyunun əvvəlki şöhrəti özünə qaytarılmışdır. Vaxtilə yalnız keçmiş Sovetlər Birliyində tanınan bu su hazırda dünyanın müxtəlif ölkələrinə də ixrac olunur. Qəsəbədə kompleks quruculuq işlərinin görülməsi və Badamlı suyunun istehsalı üçün müasir zavodun inşa olunması sakinlərin rahat yaşayışına xidmət edir. Eyni zamanda, həyata keçirilən bu tədbirlər qəsəbədə məskunlaşmanı daha da artıracaqdır. Ona görə də sakinlər tikilənləri, qurulanları qoruyub saxlamalı, onlardan düzgün istifadə edərək gələcək nəsillərə çatdırmalı, yaşıllıqlar artırılmalıdır”.
Ali Məclisin Sədri qəsəbə sakinlərini bir daha təbrik edib, onlara rahat həyat arzulayıb.
Sonra çıxış edən sakin İxtiyar Quliyev yaradılan şəraitə görə qəsəbə sakinləri və rayon ictimaiyyəti adından minnətdarlıq edib.
* * *
Quruculuq işləri aparılarkən Badamlı qəsəbəsindəki 48 mənzilli 6 yaşayış binası da yenidən qurulub, dam örtükləri dəyişdirilib, elektrik və su sistemi yenilənib, fasadları təmir olunub. Binaların həyətlərində də abadlıq işləri aparılıb, asfalt döşənib, yaşıllıq sahələri salınıb.
Badamlı mineral suyu müasir zavod kompleksində istehsal olunacaq
Sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Badamlı” Mineral Sular Zavodunun inşası ilə maraqlanıb.
Bildirilib ki, zavodda və ikimərtəbəli inzibati binada əsas tikinti işləri başa çatdırılıb. Zavodun ərazisinə asfalt örtük salınmış, Badamlı suyunun mənbəyi yenidən qurulmuşdur. Su öz axını ilə zavoda veriləcəkdir. Xammal anbarı, istehsal və hazır məhsul sahələrindən ibarət olacaq zavodda Fransanın “SİDEL” şirkətinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılır. Üç istehsal xətti olacaq zavodda qazlı və qazsız olmaqla müxtəlif ölçülü qablaşdırmada 15 növdə Badamlı suyu istehsal ediləcəkdir. İstehsal prosesi tam avtomatlaşdırılacaq, məhsulların keyfiyyəti nəzarətdə saxlanılacaqdır. İstifadəyə verildikdən sonra zavodda 200-ə yaxın iş yeri açılacaqdır.
Ali Məclisin Sədri zavodda işlərin ilin sonuna qədər başa çatdırılması, ərazinin abadlaşdırılması və yaşıllıqların salınması barədə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

