Azərbaycanlı alimin Ankara Sosial Elmlər Universitetində mühazirəsi dinlənilib
18.10.2019 [09:45]
Ankara Sosial Elmlər Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəcəb Rəhimlinin “Azərbaycanda dövlət idarəçiliyi sistemində islahatlar və dövlət qulluğu sistemi” mövzusunda məruzəsi dinlənilib.
AZƏRTAC xəbər verir ki, alim məruzəsində ölkədə zamanın çağırışlarına və beynəlxalq standartlara cavab verən dövlət idarəçilik sistemi və onun hüquqi bazasının formalaşdırılmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, dövlət siyasətinin məqsədlərinin uğurla reallaşdırılmasında dövlət qulluğu başlıca alət kimi çıxış edir və dövlət qulluqçularının fəaliyyəti ölkənin inkişafında, vətəndaşların rifahının yüksəlməsində təzahürünü tapır.
Rəcəb Rəhimli bütün sahələrdə inkişafın aparıcı lokomotivi kimi müəyyənləşdirilən dövlət sektorunda islahatların əsas məqsədləri və dövlət qulluğunun inkişafı strategiyası ilə bağlı geniş məlumat verib. Vurğulanıb ki, bu gün səmərəli və peşəkar hökumətin yaradılması Azərbaycan Respublikasında dövlət idarəçiliyində islahatlarının prioritet istiqamətlərindəndir və ölkədə dövlət qulluğunun optimallaşdırılması sahəsində əsaslı nailiyyətlər əldə edilib. Çıxışçı faktlar və müqayisəli təhlillərlə əsaslandırıb ki, Prezident İlham Əliyevin konturlarını dəqiq müəyyənləşdirdiyi siyasi xətt çərçivəsində Azərbaycanda rəqabətədavamlı, səmərəli dövlət institutları formalaşdırılıb. Bu təsisat hazırda sosial-iqtisadi siyasətin formalaşdırılması və reallaşdırılmasına maraqlı subyektlərin cəlb olunması ilə cəmiyyətin yeni inkişaf modelini qurmağa, dövlətin inkişafının dinamikası və yüksək səviyyəsini təmin etməyə qadirdir. Həmçinin dövlət idarəçiliyinin bütün səviyyələrində qərar qəbulu zamanı sosial qrupların maraqlarını müəyyənləşdirmək, strukturlaşdırmaq və nəzərə almağa, qəbul edilmiş və reallaşdırılmış qərarlara görə məsuliyyət daşımağa, vətəndaş cəmiyyəti, biznes strukturları ilə ictimai həyatın önəmli məsələləri ətrafında bərabər dialoq aparmağa, vətəndaşların dövlət qulluğuna və dövlət institutlarına inamını qorumağa və dəstəkləməyə, Azərbaycanın inkişafı ilə bağlı bütün məsələlərdə geniş ictimai konsensusa nail olmağa müvəffəq durumdadır. Buna görə də cəmiyyətin inkişafı, şəraitin dəyişilməsi və müasir çağırışlar fonunda əhalinin yaşayış səviyyəsi keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə dövlət-vətəndaş qarşılıqlı münasibətlərində inkişaf tendensiyası davamlı olaraq qorunur. İnzibati islahatlar konsepsiyasının yaxın illər üçün başlıca məqsədi kimi dövlət qulluğunda keyfiyyətin daha da yüksəldilməsini nəzərdə tutur.
Dinləyicilər Azərbaycanda dövlət idarəçiliyi sisteminə dair müfəssəl məlumatları maraqla qarşılayıblar.
Sonda alim tədbir iştirakçılarının suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35

