Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19.10.2019 [09:35]
Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb. Həmçinin “Nəsimi ili” çərçivəsində ölkəmizdə və dünyada bir sıra mühüm tədbirlər də keçirilir.
Mütəfəkkir şairin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü də respublikamızda, o cümlədən Abşeron rayonunda böyük razılıqla qarşılanıb. Azərbaycanda ilk dəfə bir gündə bu qədər sayda ağac əkiləcək. Bu təşəbbüsə layiqincə qoşulmaq əzmində olan abşeronlular böyük həvəslə hazırlıq işlərini davam edirlər.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev AZƏRTAC-ın müxbirinə bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə noyabr ayında, əkin mövsümündə respublikamızın bütün bölgələrində bir gündə 650 min ağac əkiləcək. Bu təşəbbüsə ürəklə qoşulan Abşeron rayonunda həmin gün 20 min ağac əkilməsi nəzərdə tutulur. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə yerli şəraitə uyğun ağac növləri müəyyən olunub və hazırda ağacların əkilməsi üçün nəzərdə tutulan ərazilərdə çalaların qazılması, su xətlərinin çəkilməsi və digər zəruri hazırlıq işləri görülür.
Ağacların yol kənarı ilə yanaşı, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Xırdalan şəhəri ərazisində çoxmənzilli binaların ətrafında da əkilməsi nəzərdə tutulur. “Abşeronlular bu vacib və nəcib təşəbbüsün əhəmiyyətini yüksək dəyərləndirir və bu genişmiqyaslı tədbirə böyük həvəslə hazırlaşırlar”, - deyə İ.Quluyev əlavə edib.
Rayon ərazisində yaşıllığın artmasına töhfə verəcək bu nəcib təşəbbüsə Abşeron ziyalıları da qoşulacaqlar.
Abşeron sakini, müəllim Elmar Hüseynov AZƏRTAC-a müsahibəsində deyib: “Mətbuatdan eşitdim ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə noyabr ayında ölkəmizdə Nəsiminin 650 illik yubileyi münasibəti ilə 650 min ağac əkiləcək. Bu xəbər məni çox sevindirdi. İnşallah ailəmlə birgə genişmiqyaslı tədbirdə iştirak edəcəyik”.
“Hər ağac bir insan ömrüdür. Beləliklə, əkilən ağaclar ölkəmizin təbii sərvətini, təmiz havasını, sağlamlıq üçün vacib olan oksigeni təmin edir. Baxın, indiyə kimi əkilən ağaclar ölkəmizin təbiətinə nə qədər gözəllik qatır, yaşıllığı artırır, ekologiya müsbət təsir göstərir. Biz abşeronlular bu təşəbbüsü yüksək dəyərləndiririk”, - deyə o qeyd edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35

