/ / Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına verdikləri töhfələrə dair müzakirələr aparılıb
Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına verdikləri töhfələrə dair müzakirələr aparılıb
30.11.2019 [10:05]
Noyabrın 29-da Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Bakı Yunus Əmrə İnstitutu, Kırıkkale Universiteti və professor Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Fondunun birgə təşkilatçılığı ilə “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans türk-müsəlman alimlərinin elm və texnologiyaya verdikləri töhfələri araşdırmaq, həmçinin bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaratmaq məqsədi ilə təşkil olunub.
Konfrans “Antik yunan və Roma filosoflarının əsərlərinin İslam mütəfəkkirlərinin yetişməsində rolu”, “Müsəlman Şərqində elmin inkişafına “Qurani-Kərim”in və ərəb dilinin təsiri”, “Bəşər sivilizasiyasının inkişafında türk-müsəlman alimlərinin rolu”, “Müsəlman dünyasında elmin inkişafında kitabxanaların rolu”, “Türk-müsəlman alimlərinin elm və texnologiyaya töhfələri araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Dəqiq, təbiət və humanitar elmlərin inkişafında türk-müsəlman alimlərinin xidmətləri”, “Türk-müsəlman alimlərinin elmi və fəlsəfi əsərlərinin dünya dillərinə tərcüməsi”, “Müasir dövrdə elm və texnologiyanın inkişafında türkdilli dövlətlərin rolu: prioritetlər və gözləntilər” istiqamətlərini əhatə edib. Konfransın materialları kitab şəklində çap olunacaq.
Tədbiri giriş sözü ilə açan rektor Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır.
İnstitut rəhbəri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir: “Son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında onun əhəmiyyətinin artırılması, elmi fəaliyyətin stimullaşdırılması sahələrində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilib. Elmi fəaliyyətin təşkili, idarə edilməsi, inkişafı, innovasiya fəaliyyətinin dəstəklənməsi və nailiyyətlərin stimullaşdırılması sahələrində xeyli irəliləyiş və yeniliklər olub”.
İnstitut rəhbəri qeyd edib ki, Aİİ yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir.
Ceyhun Məmmədov daha sonra İslam dininin müsəlmanları elm öyrənməyə, birliklərini artırmağa təşviq etdiyini bildirib.
Rektor çıxışında azərbaycanlı alimlərin - Şeyx Məhəmməd Bakuvi, Seyid Yəhya Bakuvi, Nəsirəddin Tusi, Əcəmi Naxçıvani kimi alimlərin İslam mədəniyyətinin formalaşmasında yaxından iştirak etdiyini qeyd edib.
Bakı Yunus Əmrə İnstitutunun müdiri, dosent Cihan Özdemir tədbirin əhəmiyyətinə toxunaraq vurğulayıb ki, İslam dünyası bu günədək ixtiraları ilə elm dünyasına işıq salmağı bacaran, elm tarixində iz qoyan görkəmli mütəfəkkirlər yetişdirib. Dünyanın bir çox müsəlman ölkəsində fəaliyyət göstərən bu elm adamları bugünkü tərəqqinin bünövrəsini təşkil edirlər.
Professor Fuat Sezgin İslam Elm Tarixi Araşdırmalar Fondunun sədri Mecit Çetinkaya İslam dininin elmə verdiyi önəmdən söhbət açaraq, müsəlman alimlərinin dünya elminə bəxş etdiyi töhfələrdən bəhs edib. İslam elm adamlarının tanınmış simalarından biri Fuat Sezgin haqqında danışan Mecit Çetinkaya qeyd edib ki, alimin vəfatından sonra Türkiyə Respublikasında bu il “Fuat Sezgin İli” elan olunub.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov VIII-XIII əsrlərdə İslam ölkələrində elmə verilən böyük qiymət sayəsində bir sıra alimlərin yetişdiyini və onların dünya mədəniyyətinə böyük töhfələr verdiyini diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev İslamın meydana gəldiyi dövrdən etibarən savadsızlığa, cəhalətə, mövhumata qarşı mübarizə apardığını, müsəlmanları elmə, təhsilə, maariflənməyə, onu yaymağa, alimlərə hörmət bəsləməyə çağırdığını vurğulayıb.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin dini məsələlər üzrə müşaviri Zeki Yavuzyılmaz qeyd edib ki, tarixən iki qardaş ölkədə müsəlman alimlər yaşayıb, onlar dünya elminə töhfələrini veriblər.
Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva çıxışında mövzunun aktuallığına və əhəmiyyətinə toxunub. O bildirib ki, vaxtilə Avropa Şərq aləmindən öyrənirdi. Bu gün elmin və texnologiyanın inkişafında Şərq geridə qalır. Bu prosesə müsəlman aləmində gedən siyasi hadisələr öz təsirini göstərir. Akademik qeyd edib ki, müasir dövrdə müsəlman aləmi öz parlaq keçmişinin əsirinə çevrilməməlidir, daim irəliyə doğru baxmalıdır. Cəmiyyət dayanmadan inkişaf edir, dini baxışlar cəmiyyətin inkişafı ilə ayaqlaşmalıdır. Çox təəssüf ki, müsəlman ölkələrində bu proses çox zəif gedir, hətta bəzi ölkələrdə bu sahədə heç bir addım atılmayıb. Çox istərdim ki, müsəlman dünyası öz keçmişinə və bu gününə nəzər salsın və nəticələrə uyğun uğurlu islahatlar aparsın, yeni nailiyyətlərə imza atsın, inkişaf etsin.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov böyük müsəlman mütəfəkkirlərinin, alimlərinin gənc nəslə tanıdılması istiqamətində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Kırıkkale Universitetinin rektoru, “Fuat Sezgin İli” layihələrinin koordinatoru, professor Ersan Aslan, Kırşehir Ahi Evran Universitetinin rektoru, professor Vatan Karakaya, Əhməd Yasəvi Universiteti İdarə Heyətinin sədri, professor Musa Yıldız mövzu ilə bağlı fikirlərini bildiriblər. Onlar “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda keçirilən tədbiri yüksək qiymətləndirib, Türkiyə Respublikasında da bu il sözügedən mövzuda müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib, professor Fuat Sezginin İslam mədəniyyətinə və dünya elminə göstərdiyi xidmətlərdən danışıblar.
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix üzrə elmlər doktoru Cəfər Cəfərov, İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov konfransın işinə uğurlar arzulayıblar. Çıxış edənlər müsəlman alimlərinin dünya mədəniyyətinə böyük töhfələr verdiyini, onların xalqlarımız arasında elm və dostluq körpüsü yaratdığını bildiriblər.
Konfrans panellərdə məruzələrin dinlənilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

