/ / Azərbaycan və Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq ölkələrimizin milli mənafelərinin etibarlı qorunmasında mühüm amildir
Azərbaycan və Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq ölkələrimizin milli mənafelərinin etibarlı qorunmasında mühüm amildir
03.12.2019 [09:48]
Dövlət Təhlükəsizliyi Xidmətində Türkiyə nümayəndə heyəti ilə görüş olub
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin dəvəti ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Mehmet Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, türkiyəli qonaqlar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.
Qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksini və Türk şəhidliyini də ziyarət ediblər.
Sonra keçirilmiş ikitərəfli görüşdə general-leytenant Əli Nağıyev Mehmet Aktaşın Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi kimi ilk xarici səfərini Azərbaycana etməsinin ölkələrimizin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin yüksəlməsinə və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Xidmət rəisi Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində Türkiyə ilə əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb, dahi şəxsiyyətin “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.
General-leytenant Əli Nağıyev beynəlxalq terrorçu təşkilatlarla sıx əlaqələri olan mütəşəkkil transmilli cinayətkar qrupların respublikamızın hüquq-mühafizə orqanlarının birgə səyləri nəticəsində zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri, eləcə də antiterror koalisiyasının fəal üzvlərindən biri kimi Azərbaycanın dönməz və ardıcıl mövqeyini qeyd edib. Eyni zamanda, mövcud əməliyyat şəraiti, ona təsir göstərən amillər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və nəzarət olunmayan ərazilərin doğurduğu fəsadlar, ekstremizm, qanunsuz miqrasiya, narkotrafik və digər məsələlər, habelə bununla əlaqədar görülən adekvat tədbirlər barədə geniş məlumat verib. Xidmət rəisi Azərbaycanın və Türkiyənin müvafiq qurumları arasında informasiya və təcrübə mübadiləsinin, ümumən təhlükəsizlik sahəsində əməkdaşlığın yüksələn xətlə inkişafının ölkələrimizin milli mənafelərinin etibarlı qorunmasında mühüm amil olduğunu vurğulayıb.
Qonaqpərvərliyə və ətraflı məlumata görə təşəkkürünü çatdıran Mehmet Aktaş qardaş Azərbaycana səfərindən xoş təəssürat aldığını qeyd edib. O, bu cür görüşlərin transmilli cinayətkarlıqla mübarizə işində və hər iki dövlətin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət daşıdığını söyləyib. Türkiyəli qonaq öz ölkəsi tərəfindən beynəlxalq terrorçuluq, ekstremizm və mütəşəkkil cinayətkarlığın müxtəlif növləri ilə mübarizə üzrə görülən işlərə dair məlumat verib. O, ölkələrimizin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, tərəfdaşlıq əlaqələrinin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və dövlətlərimizin maraqlarına xidmət etdiyini vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxMədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

