/ / Bakıda “İqlim dəyişikliyi və iqtisadi dəyişikliklər. Həmkarlar ittifaqlarının reaksiyası mühümdür” adlı konfrans keçirilir
Bakıda “İqlim dəyişikliyi və iqtisadi dəyişikliklər. Həmkarlar ittifaqlarının reaksiyası mühümdür” adlı konfrans keçirilir
05.12.2019 [09:36]
Dekabrın 4-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının birgə iştirakı ilə keçirilən konfransda “İqlim dəyişikliyi və iqtisadi dəyişikliklər. Həmkarlar ittifaqlarının reaksiyası mühümdür” mövzusu müzakirə olunur.
Azərbaycan və Türkmənistan xalqları arasında dostluq və qardaşlıq əlaqələrindən danışan AHİK sədrinin birinci müavini İlyas Əliyev Dayanıqlı İnkişaf Məqsədlərindən birinin məhz iqlim dəyişikliyinə yönəldiyini bildirib. O deyib ki, bu məqsəd iqlim dəyişikliyi və onun təsirlərinə qarşı təcili tədbirlər görülməsini tələb edir. AHİK Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mövcud olan bütün imkanlardan istifadə etməyə çalışır. 2018-2019-cu illər üçün bağlanmış Baş Kollektiv Sazişin “Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik” bölməsində iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına diqqətin artırılmasını vacib sayır, işçilərin sağlamlığının qorunmasını prioritet vəzifələrdən hesab edir.
Bildirilib ki, AHİK-in V Qurultayından irəli gələn vəzifələr çərçivəsində ekoloji mədəniyyətin əsasları artıq 10 ildən artıqdır Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının təhsil kurslarında həmkarlar ittifaqları fəallarına öyrədilir. Azərbaycanda “yaşıl iqtisadiyyat”ın yaradılması üçün əlverişli şərait var və ölkəmizdə müasir texnologiyalara əsaslanan yeni müəssisələr yaradılır, ətraf mühitim qorunması prinsiplərinə əməl olunur.
Vurğulanıb ki, Azərbaycan və Türkmənistan arasında yaranmış dostluq və qardaşlıq əlaqələri hər iki ölkənin həmkarlar ittifaqı birlikləri arasında da əməkdaşlığın yaradılması zərurətini meydana çıxarıb.
Konfransda çıxış edən BƏT-in Avropa bürosunun sektor müdiri Sergeyus Qlovaskas, Türkmənistan Dövlət Müəssisələri İşçiləri Həmkarlar İttifaqının sədri Beqens Bayramov və BƏT-in Azərbaycandakı milli koordinatoru Yaşar Həmzəyev iqlim dəyişikliyi, ətraf mühit və təhlükəsizliyin qorunması, əmək münasibətləri barədə fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44

