DOST mərkəzləri Azərbaycanda sosial təminat sahəsində çox böyük dönüş yaradıb
28.12.2019 [09:59]
Dövlətin sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb
Sirr deyil ki, ölkəmizdə həyata keçirilən sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir.
Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir.
DOST Agentliyi fəaliyyətini genişləndirir
Məlumat üçün qeyd edək ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 9 may 2019-cu ildə, ilk DOST mərkəzinin açılışı ilə eyni gündə fəaliyyətə başlayıb. Yasamal rayonu ərazisində yerləşən 1 saylı DOST mərkəzində 96 nəfər sosial agent, “Gənc DOST” proqramı üzrə isə 50 könüllü vətəndaşlara xidmət göstərir. Son hesablamalara görə, indiyə qədər DOST mərkəzinə 50 minə yaxın vətəndaş müraciət edib.
Yeri gəlmişkən, dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı olub. Açılışda çıxış edən Prezident Azərbaycan vətəndaşının sosial təminatının dövlət üçün prioritet məsələ olduğunu qeyd edib: “DOST mərkəzlərinin yaradılması bizim sosial siyasətimizin mahiyyətini göstərir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir. Təsadüfi deyil ki, son illərdə bu sahədə çox böyük işlər görülüb. Həm DOST, həm də “ASAN xidmət” mərkəzləri bizim intellektual məhsulumuzdur”.
Onu da qeyd edək ki, Şüvəlan qəsəbəsində yerləşən sözügedən mərkəz Xəzər rayonu ilə yanaşı, Pirallahı rayonunun sakinlərinə də xidmət göstərəcək, ümumilikdə bu mərkəzdən 330 min vətəndaşın istifadə etməsi nəzərdə tutulub. Müasir üslubda qurulan mərkəz il ərzində 70 mindən artıq vətəndaşa “bir pəncərə” prinsipi ilə xidmət göstərəcək. “Gənc DOST” proqramı üzrə mərkəzdə 40 könüllü fəaliyyət göstərəcək ki, onların içərisində əlilliyi olan şəxslər də var.
DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən və innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Ən əsası isə, DOST layihəsi artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.
DOST mərkəzlərinə ən çox sosail müavinətlər və təqaüdlərlə bağlı müraciətlər daxil olur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin DOST Xidmətləri departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri Kamran Abdullayevin sözlərinə görə, DOST mərkəzlərində göstərilən ümumi sayı 132-yə çatan xidmətlərə “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” və digərləri daxildir.
K.Abdullayevin bildirdiyinə görə, sosial müdafiə sahələrinə aid olan xidmətlər, əsasən, iki hissəyə bölünür: “Onları funksional və yardımçı xidmətlərə ayırmaq olar. Funksional xidmətlərin sayı 115-dir”.
DOST mərkəzlərində vətəndaşların daha çox hansı xidmətlərdən istifadə etməsinə münasibət bildirən K.Abdullayevin sözlərinə görə, daha çox sosail müavinətlər və təqaüdlərlə bağlı müraciətlər daxil olur: “Bu müraciətlər sosial müavinətlərin, pensiyaların təyin olunması istiqamətində, habelə məşğulluq məsələlərinin həll olunması ilə bağlı olur”.
DOST Agentliyinin xidmətlərinin daim yenilənməsi üzərində iş aparılır
Kamran Abdullayevin sözlərinə görə, əvvəllər, əsasən, Əmək Müfəttişliyinin həyata keçirdiyi məşğulluqla bağlı bəzi funksiyalar indi DOST mərkəzlərində operativ və şəffaf şəkildə həyata keçirilir: “İşsiz vətəndaşlar müvafiq olaraq müraciət edir, onlara ixtisasına uyğun iş təklif olunur. Yalnız Nazirlər Kabinetinin göstərdiyimiz xidmətlərlə bağlı müvafiq qərarındakı siyahısında nəzərdə tutulmayan əmək münasibətlərinin pozulması yönündə müraciətlərin qəbulu aparılmır. Bununla yanaşı, DOST Agentliyinin xidmətlərinin daim yenilənməsi üzərində iş aparılır. Yaxın gələcəkdə həmin xidmətin də DOST Agentliyinin mərkəzlərində göstərilməsi nəzərdə tutulur”.
Şöbə müdiri bildirib ki, əmək münasibətlərində olan məsələlərlə bağlı vətəndaşlar həm məlumat almaq üçün, həmçinin onları narahat edən məsələlərlə bağlı, o cümlədən əmək hüquqlarının pozulduğu hallarda DOST Agentliyinin mərkəzlərinə müraciət edə bilərlər: “Həmçinin vətəndaşlar bizim 142 Çağrı Mərkəzinə müraciət edə və şikayətlərinin qeydə alınmasına nail ola bilərlər. Bu müraciətlər operativ olaraq nazirliyin müvafiq strukturlarına, rəhbər şəxslərə yönəldilir və aidiyyəti üzrə baxılması üçün müvafiq xidmətlərə ötürülür”.
K.Abdullayevin sözlərinə görə, vətəndaşlar çalışdığı iş yerlərində, o cümlədən dövlət müəssisələrində Əmək Məcəlləsinin müvafiq maddəsi əsasında ixtisar halları ilə üzləşdikdə iş üçün istənilən halda DOST mərkəzinə müraciət edə bilərlər: “Bildiyiniz kimi, burada məşğulluq alt sistemi istifadəyə verilib. Bu sistemə əsasən, vətəndaş yaşadığı ərazidə İnternetə çıxışı olan yerdən elektron qaydada müraciət edə, həmçinin DOST Agentliyinin mərkəzlərinə yaxınlaşaraq bu sistemdən istifadə edə bilər. Həmin alt sistemi vasitəsilə mövcud olan vakant iş yerləri barəsində vətəndaşlara iş təklif edilə və istədikləri formada göndərişlər formalaşdırıla bilər”.
İşsizlikdən sığorta haqları ilə bağlı da müraciətlərin həyata keçirilməsinin fəal şəkildə aparıldığını qeyd edən K.Abdullayev deyib ki, ştatı ixtisara düşmüş vətəndaşlar da işsizlikdən sığorta haqqının alınması üçün DOST Agentliyinin mərkəzlərinə müraciət edə bilərlər: “Vətəndaşa təklif edilən iş ixtisasına uyğun olmadığı halda müvafiq olaraq işsizlikdən sığorta haqqı təyin edilməsi üçün ondan sənədlər qəbul edilir. Hazırda həmin sığorta haqları müvafiq qaydalara uyğun olaraq müəyyən edilir: ilk mərhələdə 6 ay, vətəndaş bu müddət ərzində işlə təmin oluna bilməzsə, daha 3 ay işsizlikdən sığorta haqqı hesablanır”.
Vətəndaşlar DOST Agentliyinin mərkəzlərində göstərilən xidmətdən razılıq ifadə edirlər
Yasamal rayonu ərazisində yerləşən 1 saylı DOST mərkəzinin xidmətlərindən istifadə edən vətəndaşlardan da münasibət öyrəndik. 20 Yanvar hadisələrində xəsarət alan ailənin nümayəndəsi Qalina Məmmədova DOST mərkəzində onu çox yaxşı qarşıladıqlarını, müraciətinə çox operativ və qayğı ilə yanaşdıqlarını bildirib: “Həyat yoldaşımla müraciət etdik. Müraciətimizə qısa vaxtda baxıb müvafiq şəkildə həll etdilər. 1 həftə ərzində müvafiq vəsiqəni almağa şərait yaratdılar”.
Xidmətdən razılığını bildirən Q.Məmmədova yaradılan şəraitə görə Prezident başda olmaqla, müvafiq dövlət orqanlarının rəhbərlərinə təşəkkürünü bildirib.
Təqaüdçü Zahid Mehdiyev pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etdiyini deyib: “Bu mərkəzin əməkdaşları məni çox yaxşı qarşıladılar. Məsələni danışdım, tez bir zamanda yoxladılar və mənim hüquqlarıma uyğun şəkildə həll etdilər. Vətəndaşların rahatlığını və sosial rifahını təmin etdiyinə və belə bir xidmət təşkil etdiyinə görə dövlətimizin başçısına və müvafiq qurumların rəhbərlərinə təşəkkür edirəm”.
Sosial müavinətlə bağlı müraciət edən Xuraman Paşayeva da DOST Agentliyinin mərkəzlərində göstərilən xidmətdən razılığını ifadə edib. Onun sözlərinə görə, mərkəzin əməkdaşları onu çox mehriban qarşılayıblar, müvafiq sosial agentə yönəldiblər: “DOST Agentliyinin mərkəzinin əməkdaşları isə bütün sənədlərimi şəffaf və ədalətli şəkildə araşdırıb, müvafiq qaydada müraciətimi müsbət yöndə həll etdilər”.
Beləliklə, bir daha şahidi olduq ki, yaradılmasında əsas məqsəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqaməti üzrə göstərilən xidmətlərin hamısını bir mərkəzdən daha rahat və sürətli aparmaq olan DOST Agentliyi və xidmət mərkəzləri Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığının təmin olunmasına hesablanıb.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

