Akademik Bahadır Tağıyev son mənzilə yola salınıb
08.01.2020 [09:39]
Yanvarın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında akademik Bahadır Tağıyevlə vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, vida mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ziyalılar, elmi ictimaiyyətin və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu. Alimin tabutu ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi.
Akademik Bahadır Tağıyevin həmkarları, dostları, tanışları və tanınmış elm xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alim və gözəl insanla vidalaşırdılar.
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev görkəmli alimin mənalı ömür yolundan, elmi və pedaqoji fəaliyyətindən, qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, akademik Bahadır Tağıyev yarımkeçiricilər fizikası, texnologiyası və texnikası sahəsində səmərəli fəaliyyəti ilə respublikada fizika elminin inkişafına sanballı töhfələr vermiş alimlərdəndir. Onun rəhbərliyi ilə mühüm elmi tədqiqat işləri aparılıb, habelə 40-a yaxın fəlsəfə doktoru və elmlər doktoru yetişdirilib. Elmi, elmi-təşkilatçılıq və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilən alim 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatını alıb, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub, 2018-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Bahadır Tağıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1977-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib, 1984-cü ildə professor elmi adı alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov Azərbaycan elminə dəyərli töhfələr verən Bahadır Tağıyevin alim, pedaqoq adını hər zaman uca tutduğunu deyib. Bildirib ki, Azərbaycan ziyalılığının mükəmməl mücəssəməsi olan B.Tağıyev ölkəmizin ictimai-siyasi həyatında, elmi-pedaqoji mühitində fəallığı ilə seçilib. O, binar və mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin kristallarının alınması, onlarda yüksək elektrik sahə effektlərinin, lüminessensiya hadisələrinin öyrənilməsi, yeni lüminoforların və işıq mənbələrinin yaradılması sahələrində mühüm elmi-texniki nəticələr əldə edib. Alimin rəhbərliyi altında elektromaqnit şüaları ilə idarə olunan yaddaş elementləri, yüksək modulyasiya əmsallı qəbuledicilər, fotodiodlar və digər çeviricilər yaradılaraq tətbiq edilib. Beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini uğurla təmsil edən akademikin fundamental araşdırmalarını bir sıra ölkələrin mötəbər elmi dairələri yüksək dəyərləndirib.
İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev Bahadır Tağıyevin elmi fəaliyyətinə nəzər salıb, onun xatirəsinin gələcək nəsillərin qəlbində daim yaşayacağını vurğulayıb.
Milli Aviasiya Akademiyasının prorektoru, professor Ədalət Səmədov bildirib ki, Bahadır Tağıyev 1996-2009-cu illərdə Milli Aviasiya Akademiyasında fizika fakültəsinin professoru vəzifəsində işləyib, 2009-cu ildən bu Akademiyanın Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun direktoru və fizika kafedrasının müdiri olub. Görkəmli alim akademiyada həm tədris prosesində, həm də elmi işlərin həyata keçirilməsində yaxından iştirak edib. Onun rəhbərliyi ilə bir çox elmi, tətbiqi işlər yerinə yetirilib, müxtəlif nazirlik, təşkilat və şirkətlərlə müqavilələr bağlanıb. Bahadır Tağıyev Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunda görülən işlərin nəticələrinin təhsildə də tətbiqinə böyük önəm verib. Habelə Ümumi və tətbiqi fizika kafedrasının müdiri olaraq iki laboratoriya yaradıb. Alimin rəhbərliyi ilə tədris prosesində istifadə üçün çoxlu sayda elmi-metodiki vəsaitlər çap olunub. Bahadır Tağıyev hər zaman gənc nəslin inkişafına, onların elmi biliklərə yiyələnməsinə böyük diqqət yetirib.
Mərhum akademikin ailə üzvləri adından oğlu professor Oqtay Tağıyev çıxış edərək mərasim iştirakçılarına təşəkkürünü bildirib.
Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.
Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

